Icma.az
close
up
RU
Soyuğun səbəb olduğu, korluğa aparan xəstəliklə bağlı XƏBƏRDARLIQ

Soyuğun səbəb olduğu, korluğa aparan xəstəliklə bağlı XƏBƏRDARLIQ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bildiyimiz kimi, hazırda qış fəsli olduğu üçün soyuq hava müşahidə olunur. Əlbəttə, soyuq hava bəzi xəstəliklərə səbəb ola bilir, ancaq bir çox insan soyuğun gözə zərərlərindən xəbərsizdir. Bu zərərlərdən biri də qlaukuma xəstəliyidir.
Qlaukuma xəstəliyi nədir?
Qlaukoma xəstəliyi yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralmasıdır. Bu, müalicə olunmadığı təqdirdə görmənin geridönməz itiriməsinə səbəb olan xəstəlikdir.
Bizim.Media-ya açıqlama verən oftolmoloq Kəmalə Mustafayeva bildirib ki, qlaukuma, el arasında “qarasu” adlanan və soyuğun səbəb ola biləcəyi göz xəstəliklərindən biridir.
Həkim soyuğun nə üçün qlaukuma yarada biləcəyi barədə danışıb:
“Soyuq hava gözdaxili təzyiqi bir neçə mexanizm  üzərindən artıra bilər.  Bunlardan birincisi, damarların dartılması nəticəsində gözdaxili təzyiqin artmasıdır. Belə ki, soyuq hava zamanı damarlar daralır. Nəticədə gözdaxili təzyiqin tənzimlənməsi prosesi çətinləşərək qlaukuma riski artır”.
Oftolmoloq ikinci səbəb olaraq qeyd edib ki, göz soyuq havaya məruz qalan zaman gözdaxili mayenin drenajı çətinləşir, bununla da gözdaxili təzyiq yüksəlir:
“Digər məqam isə qan axının azalmasıdır. Soyuq hava göz sinirlərini qidalandıran damarların qan axınını azaldır, bununla da optik sinirə, yəni, görmə sinirinə kifayət qədər oksigen və qidalı maddələr çatmır. Bu da görmə sinirinin zədələnməsinə, qlaukumanın yaranmasına səbəb olur”.
Müsahibimiz açıqlamasında bəzi xəbərdarlıqlar da edib:
“Qlaukuma xəstəsi olmasa belə, soyuq havanın təsiri nəticəsində görmə sinirinə gələn qan miqdarı azaldığı üçün bu həmin sinirin zədələnməsini sürətləndirə bilər. Buna görə də qlaukumaya meyilli olan şəxslərin gözlərini soyuq havadan qoruması və davamlı olaraq göz müayinələrindən keçməsi məsləhətlidir”.
Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin hesabatında qeyd olunub ki,  dünyada 80 milyondan çox insan qlaukomadan əziyyət çəkir. 2040-ci ilə qədər dünya üzrə 111 milyondan artıq insan qlaukomadan əziyyət çəkəcək. Onlardan isə 7-8 milyon insanın hər iki gözdən kor olması gözlənilir.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Mart 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri