Soyuq aylarda üz dərisinə necə qulluq etməli?
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Soyuq aylarda üz dərisinə qulluq daha diqqətli şəkildə aparılmalıdır. Soyuq hava, külək və quru mühit dərinin nəmini itirməsinə səbəb ola bilər. Bu səbəbdən gündəlik qulluqda dərinin nəmini qorumaq əsas məqsədlərdən biri olmalıdır”.
Gununsesi.info bildirir ki, bunu kosmetoloq Aynurə Rəhimova deyib:
“Üzü çox isti su ilə yumaq dərinin qurumasını artıra bilər. Buna görə ilıq sudan istifadə etmək daha məqsədəuyğundur.
Dərinin təmizlənməsi zamanı sərt tərkibli vasitələrdən uzaq durmaq lazımdır. Dəri tipinə uyğun yumşaq təmizləyici vasitələrə üstünlük verilməlidir. Nəmləndirici vasitələr soyuq aylarda gündəlik qulluqda mühüm yer tutur. Xüsusilə quru dəriyə sahib olan şəxslər nəmləndiricidən müntəzəm istifadə etməlidirlər. Çölə çıxmazdan əvvəl üz dərisini soyuq və küləyin təsirindən qorumaq vacibdir.
Günəş şüaları qış aylarında da dəriyə təsir etdiyi üçün günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir. Dodaqlar da soyuq havada quruduğu üçün onların nəmləndirilməsinə diqqət yetirmək lazımdır. Dərinin sağlam qalmasında kifayət qədər su içmək və düzgün qidalanmaq da mühüm rol oynayır. Yuxu rejiminə və gündəlik həyat tərzinə diqqət göstərmək də dərinin ümumi görünüşünə müsbət təsir edə bilər. Dəridə davamlı quruluq, qızartı və qıcıqlanma müşahidə olunarsa, dəri həkiminə müraciət etmək məsləhətdir”.
Banu
Baxış sayı:98
Bu xəbər 06 Oktyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















