“Soyuq külək əsdi“: ABŞ da Ukrayna uğrunda səssiz daxili savaş“ “The New York Times“
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Sülh ritorikası ilə gizli eskalasiya arasında..."
ABŞ 2025-ci il boyunca açıq şəkildə sülhdən danışsa da, pərdəarxasında Ukraynanın Rusiyanın neft infrastrukturu və tanker hədəflərinə dron zərbələri endirməsinə gizli şəkildə icazə verib.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Vaşinqtonun içində Ukrayna cəbhəsi
Araşdırmaya görə, bu dövrdə Vaşinqtonda Ukrayna siyasəti ətrafında Ağ Ev, Pentaqon və xüsusi xidmət orqanları arasında kəskin daxili mübarizə gedib. Prezident Donald Tramp Rusiya ilə sülh razılaşması əldə etməyə çalışsa da, administrasiyasının bir hissəsi Ukraynaya hərbi yardımın ləngidilməsi və məhdudlaşdırılması xəttini tutub.
Eyni zamanda, prezident Vladimir Zelenski ilk dəfə olaraq sülh naminə ərazilərin bir hissəsindən imtina ehtimalını açıq şəkildə gündəmə gətirib. Bu, ABŞ-da gedən daxili müzakirələrdə də ciddi rezonans doğurub.
"Pentaqonda soyuq külək əsdi"
Nəşrin yazdığına görə, Ukraynaya əlavə yardımın əsas əleyhdarları vitse-prezident Cey Di Vens və onun Pentaqonda təyin etdiyi məmurlar olub. Onlar ABŞ-ın məhdud hərbi resurslarını Ukraynaya deyil, əsas qlobal təhdid hesab etdikləri Çinə qarşı yönəltməli olduğunu düşünürdülər. Yüksək rütbəli amerikalı zabitlər Pentaqondakı atmosferi açıq şəkildə "antiukrayna siyasəti" kimi xarakterizə ediblər.
Onların sözlərinə görə, Pit Heqset və komandası Ukraynaya simpatiya bəsləyən generalları və administrasiya rəsmilərini sistemli şəkildə sıxışdırıb.
Buna baxmayaraq, bəzi qərarlar, o cümlədən artilleriya mərmilərinin tədarükü yalnız mediada və Ukraynanı dəstəkləyən "Fox News" şərhçilərinin təzyiqindən sonra geri çəkilib.
Dönüş nöqtəsi Ciddədə verilən siqnal olub
Araşdırmaya görə, Tramp Zelenskiyə qarşı sərt ritorikaya baxmayaraq, Rusiyaya real təzyiq göstərməkdən yayınırdı. Sanksiyalar barədə açıqlamalar səslənsə də, aylarla konkret qərarlar qəbul olunmayıb. Eyni zamanda pərdəarxasında Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ hərbçiləri Trampın icazəsi ilə Ukraynanın Rusiyanın neft obyektlərinə və tanker donanmasına dron zərbələri kampaniyasını gücləndiriblər.
Həlledici məqam martın 11-də Ciddədə baş verib. ABŞ Dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyətindən dövlətin yaşaması üçün minimum şərtləri müəyyənləşdirməyi istəyib. Müdafiə naziri Rüstəm Ömərov xəritə üzərində cəbhə xəttini, Zaporojye AES-i və Kinburn körpüsünü göstərərək onların strateji əhəmiyyətini vurğulayıb. Amerikalı rəsmilərin sözlərinə görə, məhz həmin görüşdə Kiyev ilk dəfə sülh naminə ərazilərin təxminən 20 faizindən imtinanı mümkün sayıb.
Sülh yolunda Amerika, yoxsa "Trampın müharibəsi"?
Nəşr qeyd edir ki, son siyasi proseslər Ukraynanın dayanıqlığı ilə bağlı qeyri-müəyyənliyi azaldır və Vladimir Putinin əvvəlki nikbin hesablamalarını pozur. Eyni zamanda Donald Trampın Ukrayna məsələsində yanaşmasının dəyişdiyi və münaqişənin getdikcə "Trampın müharibəsi" kimi qəbul olunmağa başladığı vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 31 Dekabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















