Icma.az
close
up
RU
“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” Bakıda DƏHŞƏT

“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” Bakıda DƏHŞƏT

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təfərrüatı məlum olub. 6 yaşlı uşaq uzun müddətdir işgəncə görürmüş. Atalığı onu soyuq havada həyətdə saxlayır, üzərinə soyuq su tökürmüş.

Milli.Az xəbər verir ki, dəhşətli hadisə Türkan qəsəbəsində baş verib.

Xəzər rayonu Türkan qəsəbəsindən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov birlikdə yaşadığı qadının birinci evlilikdən olan 6 yaşlı oğlan övladını ölümcül şəkildə döyüb. Hadisə gecə saatlarında baş verib. Rəşad azyaşlını yuxuda olarkən döyməyə başlayıb.

İstintaq orqanı Rəşada qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd ittihamı irəli sürüb.

Rəşad İsmayılov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə ona ittiham elan olub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçililib.

İstintaq zamanı məlum olub ki, Rəşad 2008-ci ildə hərbi xidmətdə olan zaman sesksual xarakterli zorakılıq əməli də törədibmiş. Həmin əməlinə görə də 6 il cəza alıbmış.

Bu cinayətində isə Rəşad birlikdə yaşadığı qadının uşağını öldürməyə cəhd etməsi ittihamı ilə razılaşmayıb. Rəşad iddia edib ki, uşaq yıxılaraq xəsarət alıb. O, uşağı xəstəxanaya apardığını, onun müalicəsinə kömək etdiyini deyib.

Onun sözlərinə görə qayınatası (birlikdə yaşadığı, qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadının atasını nəzərdə tutur- red.) ondan məqsədli şəkildə şikayət edib və həbs olunmasına nail olub. Onun dediyinə görə qayınatasının ona 20 min manat borcu olub. Rəşad satdığı evin pulundan qayınatasına borc verdiyini, lakin qayınatasının pulu qaytarmadığını deyib. Əlavə edib ki, pulu istədiyi üçün qayınatası ondan şikayətçi olub.

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, anası da məhkəmədə şahid qismində dindirilib. Onun ifadəsindən məlum olub ki, övladı dəfələrlə Rəşad tərəfindən döyülüb.

"Rəşad uşağa əvvəllər də işgəncə verib. Qış fəslində oğlumu çöldə saxlayıb onun üzərinə su tökürdü. Oğlumun ayağını da yandırmışdı. Dəfələrlə uşağı otağa salıb ona işgəncələr verib. Hadisə günü Rəşad gecə saat 4 radələrində ona yemək hazırlamağımı tələb etdi. Gecə olduğunu və yuxulu olduğumu dedim. Amma Rəşada yemək hazırlamağa başladım. Lakin Rəşad mənim sözlərimə əsəbiləşərək uşaqların yatdığı otağa gedib oğlumu təpiklə vura-vura evin həyətinə çıxartdı. Çöldə də uşağı döyməyə davam etdi. Oğlum huşunu itirdikdən sonra Rəşad onu vurmağı dayandırdı. Rəşada oğlumu xəstəxanaya aparmaq barədə yalvarsam da Rəşad tutulmaqdan qorxduğu üçün razılaşmadı. Oğlumu həkimə apardıqdan sonra həkimlər onun təcili olaraq əməliyyat olmalı olduğunu bildirdilər. Oğlum 20 gün komada qalmdı"- deyə uşağın anası qeyd edib.

Məlum olub ki, uşağın anası bu dəfə də Rəşaddan şikayətçi olmayıbmış. Çünki Rəşad oğlunu müalicə etdirəcəyinə söz veribmiş. Amma döyülən uşağın bacısı bu barədə babasına danışan zaman polisə məlumat verilib:

"Rəşad oğlumun müalicəsini edəcəyi barədə söz verdi. Biz xəstəxanada olan zaman qızım atamın evində idi. Qızım babasına oğlumun bu halda olmasına səbəb Rəşadın hərəkətlərinin olduğunu deyib. Atama Rəşadın uşağı döydüyünü söyləyib. Bundan sonra atam "102" xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Polis əməkdaşları mənə zəng edərək hadisənin doğru olub-olmamadığını soruşdular. Mən də hadisələrin doğru olduğunu bildirdim".

Qanuni nümayəndə sualları cavablandırarkən bildirib ki, Rəşad ona qarşı da fiziki təzyiq göstərib. Lakin ondan qisas almaq üçün daha çox oğluna işgəncələr verirmiş.

Döyülən azyaşlının bacısı da dindirilən zaman Rəşadın tez-tez qardaşını döydüyünü deyib:

"Həmin şəxs anamla tanış olduqdan sonra bizim evə gəlmişdi. Rəşad və anam gecə evdə mübahisə edirdilər. Qardaşımla evdəki səs-küyə oyandıqdan sonra Rəşad qardaşımı təpiklə döyə-döyə çölə çıxartdı. Qardaşım huşunu itirdi. Anam qardaşımı xəstəxanaya aparmaq lazım olduğunu dedi. Bu adam isə "icazə ver, ölsün" deyirdi. Evdəki oyuncaqları yığışdırmadıqda məni də çöldə saxlamışdı. Qardaşımı təpiklə vurur, üzərinə də çıxırdı. Həmin gün qardaşımın başını yerə çırpırdı".

Məhkəmə Rəşadı köməksiz vəziyyətə olan azyaşlını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirli bilərək 15 il azadlıqdan məhrum edib. /Musavat.com

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 May 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see246

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see127

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri