Icma.az
close
up
RU
Soyuqdəyməyə dərman olan yemək

Soyuqdəyməyə dərman olan yemək

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Soyuqdəymə və qrip olduqda nə yeməliyik?

Lent.az mütəxəssislərə istinadən xəbər verir ki, bunların içində ən məşhuru toyuq şorbasıdır. Toyuq şorbası  burun axıntısı və boğaz ağrısı üçün ev dərmanı kimi tanınır. 

Bəs, görəsən toyuq şorbası həqiqətən soyuqdəyməyə yaxşı təsir edir, yoxsa bu bir mifdir?

Burada bir məsələyə diqqət etməkdə fayda var. Söhbət süni qidalarla böyüdülən və hormonlarla qidalandırılan toyuqlardan getmir. Təbii qidalarla özbaşına böyüyən kənd toyuqları nəzərdə tutulur. 

TurpKimi.com xarici mediaya istinadla topladığı bəzi məlumatları oxucuları ilə bölüşür. 

Nebraskada aparılan  laboratoriya təcrübələrinə görə,  toyuq şorbasının tərkibində  soyuqdəymə simptomlarını azalda biləcək maddələr var.  

Şorbanın tərkibində ağ qan hüceyrələri və bakteriyalarla mübarizə apara bilmək üçün bədənin immun sisteminə kömək edən xüsusi birləşmələr var.  Məsələn, bakteriyalar mukoza (burun, ağız, ağciyərlər və mədə kimi nəmli iç toxumalar) pərdəsinin şişməsinə səbəb olan iltihablanma reaksiyası  aparır. Toyuq şorbası bu reaksiyaya mane olur  və klassik soyuqdəymə simptomlarının daha sürətli itməsinə səbəb olur.  

Qeyd: Xüsusilə yüngül soyuqdəymə kimi viral infeksiyalarda toyuq şorbası içməkdə fayda var.  Boğaz üçün təbii sakitləşdirici təsir göstərir.  

Toyuq suyunu bu qədər sağlam edən maddələr nələrdir?

Evdə hazırlanan  toyuq şorbasında sistein adlı amin turşuları var. Bu maddələr toyuq bişirilərkən suyuna keçir.   İltihabəleyhinə  təsiri sayəsində sistein  mukoza pərdələrindəki şişkinliyi azaldır və xüsusilə üst tənəffüs yolu xəstəliklərində simptomları yüngülləşdirir.

Toyuq suyuna sağlam və təbii tərəvəzlər də daxil olanda  vitamin, mineral dəyəri iki dəfə çoxalır.  Bu  şorba zəifləmiş bir immunitet sistemini sürətlə gücləndirmək üçün ən uyğun qarışıqdır. Ancaq toyuq şorbasını soyuqdəyməyə qarşı faydalı edən tək içinə qatılan ərzaqlar deyil. 

İsti ət suyunun qoxusu və istiliyi tək halda yaxşılaşdırıcı bir təsirə sahibdir. Buxar eyni zamanda mukus pərdələrini də nəmləndirir, bu da boğaz və burundakı ifrazatın  daha yaxşı axmasını təmin edir. Toyuq suyunun tərkibində olan qidalı maddələr orqanizmdə rahat şəkildə həzm edilir.  Həm də şorba içmək gündəlik maye qəbuluna da qatqı qatır.   

Soyuqdəyməyə faydalı toyuq suyu şorbası necə bişirilməlidir?

Bunun üçün ilk növbədə ekoloji təmiz toyuq lazımdır. Toyuq budları və ya toyuq sinəsi, həm dad, həm də qida baxımından qazanda eyni nəticəni verməz.

Toyuq asta odda yavaş-yavaş qaynara düşməlidir. 

Tərəvəz növlərinin miqdarları dəyişdirilə bilər və ya məsələn cəfəri kökü,  ya da köklə əvəzlənə də bilər. Toyuq şorbasına əlavə bir ədviyyat qatmaq istəyirsinizsə, bu zəncəfil olmalıdır. Zəncəfil az qala  bütün xəstəliklərə qarşı çoxistiqamətli mübarizə aparan güclü qidadır. 

Ət suyundan qalan hisəsini də soyuducunun dondurucu qismində saxlaya bilərsiz. 

Təsadüfi deyil ki, nənələrimiz xəstə olanda çolpa kəsərdilər. Xəstəxanaya xəstə ziyarətinə gedəndə toyuq şorbası bişirib aparardılar.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri