Söyüş söyən Sergen Yalçın cəzalandırılacaq Orkun Kökçüdən də şikayət var
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq Departamenti "Fənərbağça" ilə derbidə hakimləri söyən "Beşiktaş"ın Baş məşqçisi Sergen Yalçın və qırmızı kart görən oyunçu Orkun Kökçünu cəzalandırılması barədə Peşəkar Futbol İntizam Şurasına (PFDK) araşdırma sənədləri göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PFDK-yə göndərilən sənədlərdə hər iki şəxsin futbola uyğun olmayan davranış və hərəkətləri təhlil olunub və cəza tələbi qeyd olunub: "Onlar "idmançıya yaraşmayan davranış" və "təhqir"ə görə cəza alacaqlar".
Məlumatda o da deyilir ki, "Beşiktaş" klubunun özünün də azarkeşlərinin derbidə "iyrənc və kobud ifalar", təhqiramiz şüqarlar və digər qaydalara zidd davranışa görə cəza alması gözlənilir.
Fərid ASLAN
MİA.AZ
Baxış sayı:50
Bu xəbər 05 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















