Icma.az
close
up
RU
“Söyüş və qarğış silməkdən yorulmuşam“ İlkin Misgərli autizmli uşaqla görüşəcək

“Söyüş və qarğış silməkdən yorulmuşam“ İlkin Misgərli autizmli uşaqla görüşəcək

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Xəbər verdiyimiz kimi aktyor İlkin Misgərlinin “Bizim eltilər” serialındakı səhnəsi tənqid olunub. Aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb. Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Misgərlinin görüntülərini paylaşaraq “Bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır” sözlərini yazıb.
Hazırda sosial şəbəkələrin Azərbaycan seqmenti aktyor İlkinə etiraz edir.

Məsələ ilə bağlı layihə rəhbəri Vüqar Əmirov bizim.media-ya bildirib ki, orijinal videonun mahiyyəti tamam başqadır: “İlkin Misgərli kiminsə qəlbinə dəyəcək adam deyil. Mənim öz övladım da autizm xəstəsidir. Əgər orada başqa fikirlə ələ salmaq olsaydı, mən özüm buna yol verməzdim. O kiçik videoçarx texniki səhvdir. Montajçı özü sosial adam olmadığı üçün buna fikir verməyib, daha doğrusu onun həssas mövzu olduğunu dərk etmədən bunu gülməli hesab edərək paylaşıb.
Əslində bu öz aramızda, təklikdə zarafatlaşdığımız efirə getməyəcək bir videodur. Bu ələ salmaq, “məzələnmək” üçün edilməyib. İnsan olaraq biz hamımız İlkini tanıyırıq və belə səhvə yol verməyəcəyini bilirik. Sadəcə bir anlaşılmazlıq olub".

Aktyor İlkin Misgərli Musavat.com-a açıqlamasında sosial şəbəkələrdə yayılan videonun tamamilə təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, müzakirələrə səbəb olan görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur və video sonradan montaj edilərək fərqli məna yaradılıb: “Nə məsələdir, nə olub? Bu nədir ki, belə üstümə gəlirlər? Kimsə videonu kəsib, montaj edib, uşağın şəklini mənim videomun üstünə qoyub. Hamı da elə həmin montaj olunmuş görüntünü paylaşır. Heç kim fikirləşmək istəmir ki, bunun orijinalı belə deyil. Hamı başlayıb məni baltalamağa. Məqsəd nədir, nə etmək istəyirlər? Biri söyür, biri qarğış edir. Bu nə deməkdir?”

İlkin Misgərli vurğulayıb ki, peşəsi aktyorluqdur və səhnədə müxtəlif obrazlar canlandırır. Onun sözlərinə görə, həmin səhnə konkret hər hansı şəxsi, xüsusilə də autizmli uşağı parodiya etmək məqsədi daşımayıb: “Mən heç kimi parodiya etməmişəm. Mən aktyoram, rol oynayıram. Başımı da yelləyərəm, qolumu da yelləyərəm, ayağımı da yelləyərəm. Bu, aktyor oyununun bir hissəsidir. İnsanları güldürmək üçün müxtəlif jestlərdən istifadə edirik. Amma bunu götürüb tam başqa məna ilə camaata təqdim ediblər. Mən ömrüm boyu sağlamlıq problemi olan uşaqlarla lağ etməmişəm və belə bir addımı heç vaxt atmaram. Mənim xəstə uşaqla nə işim var? İndiyə qədər xəstə uşaqla lağ eləmişəm? Videonu montaj ediblər, sonra da uşağın şəklini onun yanına yerləşdiriblər. Bütün problem bundan yaranıb”.

Aktyor sosial şəbəkələrdə tənqid olunan “dəli qız” ifadəsinə də münasibət bildirib. O qeyd edib ki, bu ifadə gündəlik danışıq dilində işlənən məcazi sözdür və konkret hər hansı şəxsə və ya xəstəliyə ünvanlanmayıb: “Autizmli uşağa niyə "dəli" deyim ki? "Dəli qız" sözü hamımızın dilində var. Öz aramızda da işlədirik. Bunun autizmlə heç bir əlaqəsi yoxdur. İş-gücüm qalıb bir tərəfdə, söyüşləri, qarğışları silməkdən yorulmuşam".

Aktyor ondan üzr istəməsini tələb edənlərə də cavab verib: “Deyirlər, üzr istə. Nəyə görə üzr istəyim? Mən oğurluq etmişəm? Kim videonu montaj edib, uşağın şəklini gətirib onun altına yerləşdiribsə, onu tapsınlar. Üzr istəməli olan da odur. Gəlin, əvvəlcə həmin adamı tapaq. Bizim qohumlarımız arasında da autizmli uşaq var. Rejissorumuzun övladı da autizmlidir. KomediXanaya autizmli uşaqlar da gəlirlər, tamaşalarımıza baxırlar, onlarla şəkil çəkdiririk. Belə bir münasibət bizdə heç vaxt olmayıb”.

Sonda aktyor bildirib ki, məsələni şəxsən izah etmək üçün autizmli uşağın ailəsi ilə görüşəcək:
“Bu gün uşaqla və valideyni ilə görüşəcəyəm. Onlara izah edəcəyəm ki, belə bir niyyət olmayıb. Həmin görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur, hər şey montaj nəticəsində yanlış təqdim edilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri