Icma.az
close
up
RU
Söz azadlığının “liderləri”

Söz azadlığının “liderləri”

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Monopolist yanaşma hökm sürürdü...

Fikir və söz azadlığının bir çox hallarda xarici dairələrin əlində təzyiq vasitəsinə çevrildiyinin şahidiyiq. Hətta bəzi Qərb ölkələrində söz azadlığı böhranı dərinləşməkdədir. Xarici dairələrin hər zaman Qərbi söz azadlığının lideri kimi qələmə verdikləri məlumdur. Amma məsələ burasındadır ki, bu gün söz azadlığını hədəfə alan əsas ölkələrdən biri də məhz Qərbin özüdür.

Məlumdur ki, Azərbaycanda fəaliyyəti zamanı qanunsuzluğa yol verən bəzi media sturukturlarının işinin dayandırılması bir çox halda ölkəmizə qarşı beynəlxalq təzyiqlərə səbəb olurdu. Son günlər isə ABŞ-da məlum mətbuat orqanlarının bağlanması baş versə də, buna qarşı beynəlxalq səviyyədə “dözümlülük” görürük. Təbii ki, bütün bunlar açıq-aydın ikili standartların olduğunu bir daha nümayiş etdirir.

Onlara “gözün üstündə qaşın var” deyilməyib!

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, təəssüf ki, insan haqları, demokratiya, sərbəst toplaşmaq, mətbuat, fikir və söz azadlığı uzun illər boyu Qərbin bəzi geosiyasi mərkəzlərinin əlində digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunub: “Bu taktikanın qurbanı olan ölkələr Qərbin siyasətinə və layihəsinə baş əyməyiblər, onların hərbi, siyasi, iqtisadi layihələrində iştirak etməyiblər, daha çox müstəqilliyə, yaxud da başqa qütblərə meyilli olduqlarına görə bu cür qərəzli münasibətin qurbanı və hədəfləri olublar. Qərbin məlum geosiyasi mərkəzləri, o cümlədən Avropa Birliyi, ABŞ və digərləri insan hüquq və azadlıqları, seçki azadlığı, həmçinin media azadlığı zamanı hər zaman ikili standartlar nümayiş etdiriblər. Onlara yaxın olan ölkələrdə qeyd etdiyimiz insan hüquqları və media azadlığının hansı formada pozulmasından asılı olmayaraq, onlara “gözün üstündə qaşın var” deyilməyib və insanın fundamental hüquqlarından biri sayılan media, söz azadlığı onların əlində ayrı-seçkiliklə istifadə edilən bir alət olub. Özlərinə yaxın olmayan ölkələrdə media azadlığının pozulmasına hər zaman aqressiv yanaşıb, ildə bir dəfə hesabat hazırlayıblar. Bu hesabatları isə həmin ölkələrdə adətən hakimiyyətlərlə əks düşərgələrdə olan qüvvələrdən alıblar, hakimiyyətə qarşı işləyən bütün qüvvələr həmin ölkələrin müttəfiqləri olublar”.

Media azadlığına yanaşmada monopolizm göstəricisi...

A.Quliyevin fikrincə, başqa bir problem bəlli geosiyasi mərkəzlərin media azadlığını qiymətləndirmək və monitorinq aparmaq üçün monopolist hüquqa malik olmasıdır: “Yəni, dünya ölkələrində media, toplaşmaq və söz azadlığını monitorinq etmək sanki Amerikanın, Avropa Birliyinə daxil olan ölkələrin səlahiyyətidir, yaxud da bu mərkəzlərin eqidası altında yaradılmış hansısa beynəlxalq təşkilatların-“Human Rights Watch”un, Sərhədsiz reportyorların, “Freedom House”un monopoliyasında olan məsələ imiş. Bu, dünyada media azadlığına yanaşmalarda monopolizmin parlaq göstəricisi idi”.

Keçmiş dövrlərdən qalan ziyanlı “miras”

A.Quliyev qeyd edib ki, bu gün Amerikada media azadlğının pozulması, media orqanlarının qərəzli prinsiplər çərçivəsində fəaliyyətinin dayandırılmasına dünya ölkələrinin susması məhz keçmiş dövrdən qalan ziyanlı bir “miras”dır. Dünya ölkələri ayılmalı və bilməlidir ki, onun daxilində media azadlığının pozulması ilə bağlı monitorinq aparılması ABŞ və Avropa Birliyinin inhisarında olan məsələ kimi nəzərdən keçirilə bilməz. Bütün Asiya ölkələrinin, Qoşulmama Hərakatına daxil olan ölkələrin, İslam Həmrəyliyi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin də Amerikada media azadlığı ilə bağlı baş verən neqativ hallara qiymət vermək, monitorinq aparmaq və onu tənqid etmək səlahiyyəti var. Yəqin ki, yeni mərhələdə Asiya ölkələri də Amerika, Avropa Birliyi ölkələri kimi özünü qabaqcıl hesab edən bölgələrdə media azadlığının pozulmasına qarşı özlərinin üsyankar mövqeyini və münasibət bildirmək hüququnu açıq şəkildə ortaya qoyacaqlar”.

Özlərini gülünc vəziyyətə qoydular...

Media eksperti, professor Qulu Məhərrəmlinin sözlərinə görə, müasir mediada ikili standartların sərgilənməsi özünü o qədər “çılpaq” şəkildə göstərir ki, bu məsələnin üstündən keçmək olmur: “Məsələn, Amerikada baş verən proseslər, təbii ki, ilk növbədə demokratiyanın əsas atributu olan ifadə azadlığına basqı kimi qiymətləndirilməlidir. Amma bu durum Amerika cəmiyyəti üçün o qədər də önəm daşımır. Çünki “Amerikanın Səsi” Konqres tərəfindən maliyyələşdirilirdi və Amerikanın daxili ilə bağlı yayım aparmırdı, daha çox ölkənin xarici siyasətini Avropada, Asiyada, Yaxın Şərqdə təbliğ etməyə yönəlik fəaliyyət göstərirdi. Hazırda Avropanın özündə ikili proseslər, parçalanma gedir, mərkəzdən qaçma meyilləri güclənib. Belə bir şəraitdə önəmli olan budur ki, Azərbaycan kimi ölkələr öz müstəqilliyini, suverenliyini qoruyub saxlamaq üçün addımlar atır. Bu baxımdan ölkəmizdə müstəqillik və dövlət suverenlik ili elan olunmasının müəyyən rəmzi mənası daha güclü şəkildə üzə çıxır. Ona görə də bu dəyərlərdən danışanda həddindən artıq ehtiyatlı olmalıyıq. Çünki bir vaxtlar demokratiyanı əsas bayraq kimi götürüb bəzi ölkələrdə çevriliş edən, insan haqları pərdəsi altında həmin ölkələrin daxili siysətinə müdaxilə etməyə çalışan Qərb dövlətləri hazırda özlərini dünya ictimaiyyəti qarşısında gülünc vəziyyətə qoydular. Bu baxımdan indiki proseslərdə önəmli olan Azərbaycanın müstəqilliyi, onun dövlət suverenliyinin qorunub saxlanmasıdır”.

Səlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri