“Sözün düzü, Tramp məni təəccübləndirdi” İlham Əliyev
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bu, mənim Prezident Trampla birinci görüşümdür. Görüş çox səmimi şəkildə keçdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirdiyi brifinqdə deyib.
Dövlət başçısı qeyd edib ki, Tramp Azərbaycan haqda çox məlumatlıdır: “Sözün düzü, onun Azərbaycanla bağlı bilgiləri məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Cənab Tramp Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın ABŞ-yə həmişə dost ölkə olmasını çox yaxşı bilir. Əlbəttə ki, bizim münasibətlərimizdə şəxsi təmaslar önəmli rol oynayacaq.
Və təbii ki, 907-ci düzəlişin ləğvi tarixi hadisədir. Hesab edirəm ki, artıq strateji əməkdaşlıq formatına başlamağımız da tarixi hadisədir. Mən səfərin nəticələrindən çox məmnunam. Əminəm ki, səfərin konkret nəticələri yaxın gələcəkdə özünü biruzə verəcək”.
Baxış sayı:99
Bu xəbər 09 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















