Icma.az
close
up
RU
Sözün keşikçisi Seyran Səxavət

Sözün keşikçisi Seyran Səxavət

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mətbuatda “Qəfil görüş” adlı hekayəm çap olunmuşdu. Axşamüstü ustad yazıçımız Seyran Səxavətdən zəng gəldi. Hal-əhval tutandan sonra dedi ki, Aləm, hekayən çox xoşuma gəldi. Ancaq səndən bir xahişim var. Buyur, qardaş, - deyə cavab verdim. Dedi ki, hekayəndə bir yerdə “bənzəyirdi” sözü yazmısan. Gələcəkdə kitab çıxaranda onu “oxsayırdı” sözü ilə əvəz edərsən. Dedim ki, baş üstə.

Bu söhbəti elə-belə yada salmadım. Məqsədim oxucuların böyük rəğbətini qazanməş hörmətli yazıçımız Seyran Səxavətin ədəbi yaradıcılığa olan münasibətini diqqətə çatdırmaq idi. İlk baxışda bu iki söz arasında elə bir ciddi fərq yoxdur. Ancaq, görünür, bənzəyirdi sözü cümləyə rahat oturmadığına, onun ahənginə xələl gətirdiyinə görə (şeirdə olduğu kimi) ustad yazıçımızı narahat etmiş və mənə məsləhət vermək istəmişdi. Mən çox istərdim ki, Seyran Səxavətdə olan bu yazıçı məsuliyyəti, mətnə, sözə olan münasibət bizim bütün yazıçılarımızda olsun.

Bildiyiniz kimi Seyran Səxavət ədəbiyyata şeirlə gəlmiş, gözəl poeziya nümunələri yaratmışdır. Sonralar nəsr sahəsində qələmini sınaqdan çıxarmaq istəmiş və yazıçı kimi daha böyük uğurlara imza atmışdır. Özünün söz boxçasına, istedadına arxalanan yazıçı insan amilini önə çəkərək bəşər övladını narahat edən mövzulara üz tutmuş, bir-birindən dəyərli əsərlər ərsəyə gətirmişdir. İstər kənd həyatı olsun, istərsə şəhər – fərq etməz, Seyran Səxavətin əsərləri həmişə öz koloritliyi və oxunaqlığı ilə seçilibdir. Onun “Daş evlər”, “Qızıl teşt”, “Nekroloq” və digər əsərləri Azərbaycan ədəbiyyatı tarixində öz layıqli yerini qoruyub saxlayacaqdır.

Bəstəkar və teatr xadimlərimiz də Seyran Səxavət yaradıcılığına biganə qalmamış, həvəslə onun əsərlərinə müraciət etmişlər. Yeri gəlmişkən bilməyənlər üçün deyim ki, Seyran müəllim milli musiqimizin, muğam sənətimizin də mahir bilicilərindəndir. (Qarabağlı olasan, xalq musiqisini bilməyəsən?!) Bəlkə musiqini, poeziyanı, folkloru, yumoru birlikdə yoğurub yazmaq qabiliyyəti olduğuna görə Seyran Səxavətin əsərləri belə gözəldir. Bu cür nümunələr ədəbiyyatımızın çəkisini, qüdrətini artırır, başqa xalqların əsərləri ilə müqayisədə onu əlçatmaz edir. Seyran Səxavət təkcə yazmır. O, sözün gücünə, qüdrətinə söykənərək, öz təsvirləri ilə rəssamların yarada bilmədiyi tabloları göz önünə gətirir, oxucunu mətnin əsirinə çevirir. Bu mətnlərdə Azərbaycan dilinin zənginliyi, musiqisi, sözün səsi və ətri vardır. Mən Seyran Səxavət yaradıcılığına olan münasibətimi qısaca olaraq belə ifadə edərdim: Seyran Səxavət təkcə yazıçı deyil. O, eyni zamanda sözün rəssamı, bələdçisi, keşikçisi və mən deyərdim ki, hətta sözün sahibidir. Əgər hər hansı ciddi bir qələm adamı sözü yerində işlətməyib cümlələrin xətrinə dəysə, bilsin ki, qarşısında Seyran Səxavəti görəcək.

Ustadla ara-sıra görüşlərimiz, söhbətlərimiz, polemikalarımız olur. Onun haqqında bu qənaətdəyəm ki, Seyran müəllim çoxları ilə müqayisədə tam fərqli bir xarakter sahibidir. O mənada ki, onda olan müsbət, ali keyfiyyətlərin sayı daha çoxdur. O, uşaq kimi təmiz və sadəlövh, gənclər kimi mübariz və çılgın, yaşa dolmuş adam kimi isə böyük nüfuza malik olan nötəbər bir ziyalıdır. Seyran Səxavət xalqla nəfəs alan dürüst, mehriban, zarafatcıl bir insandır. Böyüklə böyük, kiçiklə kiçik kimi dvranmaqda mahirdir. Onunla yoldaşlıq etməyin, yola çıxmağın həmişə yeri var.

Ustad, 80 illik yubileyin mübarək. Can sağlığı, uzun ömür, sevinc dolu həyat, yeni yaradıcılıq uğurları arzulayıram!

Aləm Kəngərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Mart 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri