Icma.az
close
up
RU
Sözünü də, əməlini də dağlar qədər uca tutan igid zabit

Sözünü də, əməlini də dağlar qədər uca tutan igid zabit

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Yevlax, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda silaha sarılıb canını fəda edənlərdən biri də “Dağlar oğlu” ləqəbli baş leytenant Ceyhun Əyyubovdur. Uşaqlıqdan vətənpərvərliyi ilə seçilən Ceyhunun amalı hərb sənətinə yiyələnib torpaqlarımızı işğaldan azad etmək idi. Sözünü də, əməlini də dağlar qədər uca tuturdu. İgid baş leytenant Vətənin dağlarında döyüşdü, dağlar qoynunda şəhid oldu. O, uşaqkən qurduğu arzuların arxasınca getdi və həmin arzular onu şəhidlik zirvəsinə apardı.

AZƏRTAC-ın bölgə müxbiri Yevlax şəhərində şəhidin valideynləri ilə görüşüb, onlarla qəhrəman Vətən oğlunun həyatı və şərəfli döyüş yolu haqqında söhbət edib.

Atası Savalan kişi deyir ki, Ceyhunun uşaq yaşlarından hərbiyə marağı olub: “Həmişə deyirdi ki, böyüyəndə hərbiçi, zabit olacam, torpaqlarımızı azad edəcəyəm. O, istəyinə uyğun olaraq hərbiçi oldu və torpaqlarımızın azadlığı uğrunda canını fəda etdi... Mən fəxr edirəm ki, Ceyhun kimi oğlum var”.

Bir ana üçün övladının yoxluğu qədər ağır bir dərd yoxdur. Amma bu dərd əgər Vətən yolundadırsa, o zaman həm də qürurdur. Arzu xanım da oğlunun Vətənə xidmətindən, bu yolda şəhadətə yüksəlməsindən qürurla danışır: “Ceyhun 1992-ci ildə Yevlax şəhərində anadan olub. 1998-ci ildə 1-ci sinifə gedib. Ceyhunda vətənpərvərlik hissi hələ uşaq yaşlarından çox yüksək idi. 2007-ci ildə dedi ki, Cəmşid Naxçıvaniski adına hərbi liseyə qəbul olmaq istəyir. Dedim, yaxşı fikirdir. Sənədlərini verdi, qəbul oldu. Sonra Ali Hərbi Məktəbə qəbul oldu. Qardaşı 2012-ci ildə, Ceyhun isə 2014-cü ildə Ali Hərbi Məktəbi Məktəbi bitirdi. Bir il də təlim-tədris mərkəzində oxudu, 2015-ci ildə Daşkəsənə göndərildi, taqım komandiri kimi işə başladı. Daha sonra xidmətini Murovdağ yüksəkliyində davam etdirdi. Ona “Dağlar oğlu” deyirdilər. Çətin şəraitdə olsa belə, Vətənə həvəslə xidmət edirdi. Polad Həşimovun şəhid olması Ceyhunu çox sarsıtmışdı.

44 günlük Vətən müharibəsi başlayan gün Murovdağ yüksəkliyində döyüşlərdə iştirak etdi və şəhid oldu. O, həm döyüşür, həm də yaralı əsgərləri təhlükəli yerdən çıxarırdı. Döyüşlərdə 4 nəfəri mühasirədən çıxarıb, yaralarını sarıyıb. Özü isə mühasirədə qalıb. Ayağından yaralanıb. Sonra qarnından və başından vurublar. Nəşini 14 gün sonra götürmək mümkün olub. Oktyabrın 12-də bizə zəng gəldi ki, nəşini gətirmişik. Həmişə mənə deyirdi ki, nə sən məndən keçərsən, nə mən səndən. Amma o, məndən keçdi, Vətəni, torpağı seçdi. Buna görə də fəxr edirəm. Oğlum şərəflə getdi bu dünyadan”.

Ceyhun Əyyubov Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Xatirəsinin əbədiləşdirilməsi üçün küçəyə adı verilib, ev muzeyi yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri