“Space” bacarıqsız idarəçiliyin və özbaşınalığın qurbanı oldu KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Son günlər doğma “Space TV”nin bağlana biləcəyi ilə əlaqədar yazılan xəbərlər məni çox məyus edir. İstənilən media subyektinin fəaliyyətinə son verməsi orada çalışan onlarla həmkarımızın işini itirməsi deməkdir. Eyni hissləri “ANS” və “Lider” telekanalları bağlananda da keçirmişdim. Kaş ki, “Space” ilə bağlı xəbərlər doğru çıxmaya”.
KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist, televiziya eksperti Azər Cabbarov səsləndirib:
“Kanal yalnız Etibar Babayevin rəhbərliyi dövründə özünün pik zirvəsinə cata bildi. Bu zaman kəsiyində şirkət yaradıcı və biznes formatlarını gözəl dəngələyərək ən baxılan və eyni zamanda xalqa faydalı kanal kimi özunu təsdiqlədi. “Muğam müsabiqəsi”, “Azəri Star” kimi iri, o zaman və imkanlar üçün mürəkkəb sayılan layihələr də ilk dəfə həmin illərdə bu kanalda yarandı. Eləcə də, həmin illərdə “Space”də tariximiz, mədəniyyətimiz. elmimiz, idmanımız barədə çoxsaylı səviyyəli verilişlər hazırlanırdı. O dövrdən sonra “Space” uzun illər bacarıqsız idarəçiliyin və özbaşınalığın qurbanı oldu. Rəhbərlikdə bir-birini əvəz etmiş naşı şəxslərin əlində konkret yaradıcı və biznes planların olmaması, mütəxəssislərin kanaldan uzaqlaşdırılması, tv-ni bir ailə şirkəti kimi çalışdırmaq istəkləri və xaotik qəbul olunan qərarlar şirkəti bitirdi. Bu adamlar indi sakitcə kənardan gəminin batmasını seyr edirlər, nəticə göz qabağındadır.
Bəs vəziyyətdən çıxış yolu varmı? Var. Bu kanalı hələ də uçuruma yuvarlanmaqdan xilas etmək olar. Ən azı “Space”nin yaranmasında, inkişaf etməsində xidmətləri olan şəxslərin, müxtəlif dövrlərdə kanalda çalışan və bu gün də tv mühitimizin ən tanınmış simaları olan mütəxəssislərin köməyi ilə bunu etmək mümkündür. Axı yüzlərlə insanın zəhməti bahasına yaranmış telekanalın sonu belə olmamalıdır. Doğru qərar və hədəflər, güclü kadr potensialı və müasir baxışla kanala yenidən həyat vermək olar. Mən buna inanıram və istənilən şəxsə bunu sübut etməyə hazıram. Yetər ki, “Space” yaşasın və xalqımız üçün gərəkli media qurumu kimi fəaliyyət
göstərsin”, – deyə Cabbarov vurğulayıb.
Natiq Səlim
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Aprel 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















