Space də yoxlamalar aparılır Vado Korovin vəzifəsindən gedir
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.
Modern.az xəbər verir ki, məsələ ilə bağlı Vado Korovinlə əlaqə saxlamağa çalışsa da, o, telefon zənglərinə cavab verməyib.
Daha sonra kanalın baş direktorunun müavini Nəriman Əbdüləliyevlə əlaqə saxlanılıb. Nəriman Əbdüləliyev Vado Korovinin vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib:
"Bəli, hazırda kanalda yoxlamalar aparılır. Yoxlamalar Audiovizual Şura tərəfindən həyata keçirilir. Lakin Vado Korovinin vəzifədən azad olunması ilə bağlı məlumat yanlışdır. Hələ ki belə bir qərar yoxdur. Bu gün iclas keçirilməli idi, müəyyən səbəblərdən baş tutmadı. Sabah saat 12:00-da iclasımız var. Vado müəllim də həmin iclasda iştirak edəcək", - deyə N.Əbdüləliyev bildirib. (Manset.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 14 Aprel 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















