Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

“Space Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir

“Space Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 iyun, AZƏRTAC

Yer kürəsinin ətrafı antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer ətrafında izlənən 33 min 269 obyekt var. Onlardan 12 min 550-si kosmik tullantı kimi təsnif edilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, orbitdəki süni obyektlərin ümumi kütləsi 15,8 min tonu ötür. Onların əksəriyyəti saatda 28 min kilometrədək sürətlə hərəkət etdiyindən, hətta kiçik fraqmentlər belə peyklərə ciddi ziyan vura və yeni qalıqların yaranmasına səbəb ola bilər.

May ayına olan vəziyyətə görə, fəaliyyət göstərən hər on peykə təxminən yeddi izlənən tullantı obyekti düşür. Obyektlərin ümumi sayının təxminən 17,7 mini peyklər və faydalı yüklərdən ibarətdir, qalan hissəni isə raket qalıqları, sıradan çıxmış aparatlar, həmçinin qəza və toqquşmalardan sonra yaranmış fraqmentlər təşkil edir.

Mütəxəssislər “Kessler sindromu” riski barədə də xəbərdarlıq edirlər. Bu halda toqquşmalar yeni qalıqlar yaradır və nəticədə orbitin çirklənməsi zəncirvari xarakter alır.

Ən böyük tullantı mənbələri 2007-ci ildə Çinin peykəleyhinə silahının sınağı və 2009-cu ildə “Iridium 33” peykinin Rusiyanın “Kosmos-2251” aparatı ilə toqquşması olaraq qalır.

Alimlər peyk rabitəsi, naviqasiya və kosmik uçuşlar üçün təhlükələrlə yanaşı, ekoloji nəticələrə də diqqət yetirirlər. Orbitdən çıxan obyektlər atmosferdə yanarkən alüminium, mis, litium və digər materiallar ayrılır. Onların hissəcikləri atmosferin yuxarı qatlarında kimyəvi proseslərə və ozon qatının vəziyyətinə təsir göstərə bilər.

Problemin həlli üçün orbitin təmizlənməsi texnologiyaları hazırlanır. Avropa Kosmik Agentliyi 2029-cu ildə ən iri kosmik tullantı obyektini tutmaq və təmizləmək üçün “ClearSpace-1” missiyasını həyata keçirməyi planlaşdırır. Bununla yanaşı, maqnit sistemləri, elektrodinamik troslar, harpunlar, əyləc yelkənləri və lazer texnologiyaları üzərində də iş aparılır. Lakin orbitin kütləvi şəkildə təmizlənməsi üçün hələlik effektiv həll mövcud deyil. Buna görə əsas diqqət yeni tullantıların yaranmasının qarşısının alınmasına yönəldilir. Müasir peyklər sonradan orbitdən çıxarılması nəzərə alınmaqla layihələndirilir, mühəndislər isə yanma zamanı minimum qalıq hissəcik buraxan materiallar hazırlayırlar.

Ekspertlərin fikrincə, Yerətrafı məkanın vəziyyəti rabitə, naviqasiya, iqlim monitorinqi və Yerin məsafədən zondlanması sistemlərinin fəaliyyəti üçün həlledici əhəmiyyət kəsb edir. Kosmik tullantıların artımına nəzarət edilməzsə, orbitlərin bir hissəsi gələcəkdə istifadəyə yararsız hala gələ bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri