Space TV də 2 aydan çox yığılıb qalan borclar bağlandı
Olay.az saytına istinadən Icma.az xəbər verir.
“Space” TV-nin yeni baş direktoru Ayaz Mustafayev Vado Korovinin dövründən qalan borcları bağlayıb.
OLAY Manset.az-a istinadən yazır ki, artıq iki aydan çox müddətdir ki, “Space” TV-nin əməkdaşları öz əməkhaqlarını ala bilmirdilər. Yeni rəhbərlik təyin olunandan sonra çoxsaylı müraciətlər nəzərə alınaraq onların iki aydan artıq yığılıb qalan əməkhaqları öz hesablarına köçürülüb. Bununla da telekanalın heç bir işçiyə borcu qalmayıb.
Qeyd edək ki, bir müddət əvvəl “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. A.Mustafayev sözügedən telekanalın yeni baş direktor vəzifəsinə təyin olunub.
Baxış sayı:116
Bu xəbər 22 May 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















