Space TV də səsləndirilən fikirlər müzakirə yaratdı Video
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Space TV"nin efirində yayımlanan "Gəl danış" proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, aparıcı xüsusən qızların rayonlarda yox, məhz Bakıda təhsil müəssisələrində oxumasını qınayıb:
"Şəhərdə gördüyüm biabırçılıqların 99 faizi tələbələrlə bağlıdır. Astara bölgəsindədirsə, qızını Lənkəran Dövlət Universitetinə qoy. Gəncə, Tovuz, Qazax bölgəsindədirsə, Gəncə Dövlət Universitetinə göndər. Yevlax və Kürdəmir tərəfdə yaşayanlar üçün Mingəçevir Dövlət Universiteti var. Naxçıvandadırsa, niyə Bakıya göndərirsiniz?
Mən demirəm ki, Bakıda oxumaq qadağan olunsun. Amma bir gün geyiminizi dəyişin, gecə şəhərə çıxın və görün nələr baş verir.
Biabırçılıqdır. Bir idmançı oğlan TikTok-da mesaj bölməsini mənə göstərir, tələbə qızlar ona şəkillər göndərirlər. Ay valideynlər, əziyyətlə mal-qara saxlayırsınız ki, balanız oxusun. Onsuz da fərasəti olan insan texnikom diplomu ilə də olsa, özünə iş tapacaq.
Bəs niyə bölgələrdəki universitetləri bu qədər aşağı səviyyədə görürsünüz? Mən Lerikdə qalsaydım, övladlarım üçün birinci seçimim Lənkəran Dövlət Universiteti olardı".
Onun bu fikirləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Baxış sayı:30
Bu xəbər 06 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















