SpaceX 20 30 ildən sonra Marsda muxtar sivilizasiya yaratmağa hazırlaşır
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"SpaceX" şirkəti 20-30 ildən sonra Marsda Yerdən dəstəyə ehtiyac duymayacaq sivilizasiya yaratmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz Marsa getmək istəyən hər kəsi göndərmək və nəticədə, orada özünü təmin edə biləcək sivilizasiya qurmaq istəyirik. Şirkətin uzunmüddətli məqsədi budur: elə edək ki, müxtəlif planetlərdə həyat olsun. Düşünürəm ki, biz bunu 20-30 il ərzində edə bilərik", - deyə Mask vurğulayıb.
Martın 15-də Mask "Optimus" adlı insanabənzər robotu ilə "Starship" kosmik gəmisinin 2026-cı ilin sonunda Marsa göndəriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Marsa robotla uçuşlar uğurlu olarsa, o zaman 2029-cu ildə içərisində insanların olduğu gəmilər göndərilə bilər.
Tərtibatçının planlarına əsasən, "Starship" kosmik sistemi universal olacaq və Yerə yaxın orbitə pilotlu uçuşlar, peyklərin buraxılması, Aya və Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün müxtəlif versiyalarda istifadə oluna biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Mart 2025 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















