Spartak ın baş məşqçisi komandasının əsas problemini AÇIQLADI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Spartak Moskva" futbol klubunun bu mövsümki əsas problemlərindən biri matçlar ərzində liderliyi və üstünlüyü qoruya bilməməsidir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının (RPL) yeddinci turunda "Dinamo Moskva"ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə "Spartak"ın baş məşqçisi Xuan Karsedo bildirib.
Məlumata görə, mütəxəssis komandasının qarşılaşmaya yaxşı başladığını, lakin üstünlüyü əldən verdiyini vurğulayıb: "İlk 25 dəqiqə ərzində yaxşı oynadıq, güclü təzyiq göstərdik. Bu, üstünlüyümüzü qoruya bilmədiyimiz ilk dəfə deyildi; səhv etdik, super qol buraxdıq, daha sonra isə daha bir qol. Statistika göstərir ki, topu daha yaxşı saxlamalı idik. Əsas məsələ beş dəqiqə ərzində üstünlüyümüzü qoruya bilməməyimizdir; problemimiz də budur".
Bildirilir ki, Karsedo kadr çatışmazlıqlarına və meydana çıxan heyətə də toxunub. Ezekiel Barko və Ruslan Litvinovun zədələri səbəbindən kapitan Roman Zobnin yarımmüdafiədə oynayıb, sol cinah müdafiəçisi rolunu isə Viktor Parada yerinə yetirib. Baş məşqçi Paradanın çıxışını dəyərləndirərək, komandada təmkinsizliyin olduğunu və imkanlardan istifadə edilmədiyini qeyd edib.
Qeyd edək ki, "Spartak" Rusiya Premyer Liqasında növbəti matçını sentyabrın 13-də öz meydanında "Rostov"a karşı keçirəcək.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Sentyabr 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















