Icma.az
close
up
RU
SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat

SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP29 çərçivəsində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşündə SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat imzalanıb, SPECA Çoxtərəfli Etimad Fondunun açılışı elan edilib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, COP29 çərçivəsində SPECA İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşü keçirilib.Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA-nın regionumuz üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, SPECA iştirakçı ölkələrdə iqtisadi inkişafı, ekoloji dayanıqlığı və innovasiyaları təşviq edən regional əməkdaşlıq üçün mühüm platforma yaradıb. Ölkələrimiz SPECA-nın dəstəyi ilə iqtisadiyyatlarını gücləndirir, həmçinin iqlim dəyişikliyi çağırışlarına hazır olan gələcək qurur. SPECA İqlim və İnnovasiya Dialoqu isə bir çox ölkələr üçün önəmli və vahid platforma rolunu oynayır. Dialoq vasitəsilə ölkələrimiz Paris Sazişi və 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyi ilə müəyyən edilmiş hədəflərə töhfə verəcək. Dialoq iqlim dəyişikliyinin ətraf mühitə, sosial və iqtisadi təsirlərinə dair birgə strategiyaların formalaşması baxımından da faydalıdır.Diqqətə çatdırılıb ki, SPECA İqlim və İnnovasiya Dialoqu aşağı karbonlu, dayanıqlı iqtisadiyyatlara keçidə stimul yaradacaq. Dialoq vasitəsilə müxtəlif sektorlardan maraqlı tərəflər cəlb edilməklə, bilik mübadiləsi, yaşıl inkişaf üçün konkret həllər hazırlanacaq. Dialoq regionda innovativ, davamlı təcrübələri həyata keçirmək imkanlarının artırılmasında mühüm rol oynayacaq. Qeyd edilənlərlə yanaşı, enerji kompleksində bərpa olunan enerjinin payının, enerji səmərəliliyinin artırılması və dairəvi iqtisadiyyata keçid kimi təşəbbüslər dəstəklənəcək.SPECA Çoxtərəfli Etimad Fondunun isə iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və davamlı inkişaf kimi ortaq problemləri həll etmək üçün çevik mexanizm olacağı diqqətə çatdırılıb.BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana və BMNT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan iqlim dəyişmələrindən qaynaqlanan çağırışların öhdəsindən gəlmək üçün dünyada dialoq və birgə təşəbbüslərin vacibliyini önə çəkiblər. Diqqətə çatdırılıb ki, dialoq davamlı inkişaf üçün innovasiya ekosistemləri və texnologiyalarının gücləndirilməsi kimi sahələrdə sinerjiyə nail olmağa təkan verə bilər. Nəticəyönümlü iqlim fəaliyyəti, dayanıqlıq və rifah üçün innovasiyalardan səmərəli istifadənin mühümlüyü qeyd olunub.Həmçinin, Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Şoxrux Qulamov çıxışlarında iqlim məsələləri ilə bağlı regional və beynəlxalq əməkdaşlığın önəmini qeyd ediblər, İqlim və İnnovasiya Dialoqu və Çoxtərəfli Etimad Fondunun gözlənilən faydaları barədə fikirlərini bildiriblər.Tədbirin yekununda SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair Bakı Birgə Nazirlər Bəyanatı imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see229

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see215

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see198

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see193

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see183

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see168

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see148

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see148

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see146

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see144

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see143

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri