Icma.az
close
up
RU
SPF krem istifadə etməyənləri nə gözləyir?

SPF krem istifadə etməyənləri nə gözləyir?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Günəşli havalarda günəşdən qoruyucu krem artıq sadəcə estetik vasitə deyil, dəri sağlamlığının qorunması üçün vacib addımlardan biri hesab olunur.

Xüsusilə yay aylarında ultrabənövşəyi şüaların təsiri artır və uzun müddət qorunmasız günəş altında qalmaq dəridə həm qısamüddətli, həm də illər sonra üzə çıxan problemlərə səbəb ola bilər.

Bəs SPF kremdən istifadə nə qədər vacibdir?

Dermatoveneroloq Nuridə Qədiməliyeva “Cebheinfo.az”-a bildirib ki, günəş kremləri – SPF-lər dərimizi günəşin zərərli şüalarından qorumaq üçün istifadə olunan vasitələrdir:

“Günəşin ultrabənövşəyi şüalarının növlərindən olan UVA (Günəş işığının 95 %-ni təşkil edən və dərinin dərin qatlarına qədər nüfuz edə bilən uzun dalğa uzunluqlu ultrabənövşəyi şüalardır) və UVB (Yer səthinə çatan ultrabənövşəyi şüaların 10 %-dən azını təşkil edir) şüaları insana daha çox təsir edir. UVA şüaları dərimizin daha dərin qatlarına təsir edir. 

Fotoyaşlanmaya, kollagenin azalmasına, dərinin sallanmasına, uzunmüddətli təsir nəticəsində hətta dəri xərçənginə belə gətirib çıxara bilər.

UVB şüaları isə dərimizin daha səthi qatına təsir edir. Praktikada ən çox rastlaşdığımız günəş yanıqlarının əsas səbəbi də məhz UVB şüalarıdır.

SPF seçərkən onun üzərindəki yazılara diqqət etmək lazımdır. Satışda SPF 30, SPF 50, SPF 100 kimi müxtəlif növlər vardır. SPF 30 dərimizi təxminən 97 faiz günəş şüalarından qoruyur. 

SPF 50 və SPF 100 isə dərimizi günəş şüalarından müvafiq olaraq 98 və 99 faiz qoruya bilir. Biz praktikamızda ən çox SPF 50-ni tövsiyə edirik.

Bəzən düşünülür ki, SPF-i yalnız yaz və yay aylarında çəkmək lazımdır. Bu, əslində, yanlışdır. Biz SPF-dən ilin bütün fəsillərində istifadə etməliyik. Çünki günəş şüaları hətta pəncərədən belə evə daxil olur.

Buna görə də SPF-i bütün fəsillərdə və iki barmaq qaydasına uyğun şəkildə çəkməliyik. Yəni baş barmağımız və şəhadət barmağımızın uzunluğu qədər SPF üzümüz üçün kifayətdir.

SPF seçərkən onun dəri tipinə uyğun olmasına diqqət etmək lazımdır. SPF-lər kimyəvi və mineral filtrli olmalarına görə iki yerə ayrılır. Həssas dərili, akneyə meyilli insanlarda, hamilələrdə, uşaqlarda və gənc yeniyetmələrdə daha çox mineral filtrli SPF istifadə olunmalıdır. 

Lakin bizim ən çox tövsiyə etdiyimiz və satışda olan hibrid formadır ki, bu da həm kimyəvi, həm də mineral tərkiblidir.

Digər faktorlar isə SPF-lərin üzərində “non-comedogenic” və “alcohol-free” yazılarının olmasına diqqət etməkdir. Üzdə SPF-i hər iki saatdan bir yeniləmək lazımdır və evdən çıxmadan 20 dəqiqə əvvəl SPF çəkilməlidir”.

Dermatoveneroloq qeyd edib ki, əgər tez-tez tərləyiriksə və ya hovuza giririksə, o zaman SPF-i daha tez-tez yeniləməliyik:

“Mütləq hər bir SPF dəri tipinə uyğun seçilməlidir. Əgər seçimdə çətinlik çəkilirsə, dermatoloqa müraciət edilməlidir”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri