Spiker Baltikyanı ölkələrin Gürcüstana qarşı sanksiyalarını tənqid etdi
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmir və ondan Rusiyaya qarşı açıq mövqe nümayiş etdirməyi tələb edirlər.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Spiker Baltikyanı ölkələrin Gürcüstana qarşı sanksiyalarını tənqid edib. O, Estoniya, Latviya və Litvanın rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməsini “əsassız” adlandırıb və bunun Gürcüstan hökumətinə təzyiq məqsədi daşıdığını deyib.
Ş.Papuaşvili qeyd edib ki, Gürcüstanın NATO və beynəlxalq təhlükəsizlik məsələlərinə verdiyi töhfə Baltikyanı ölkələrdən qat-qat çox olub, lakin buna baxmayaraq, rəsmi Tbilisi haqsız tənqidlərə məruz qalır.
"Həqiqi dostluq qarşılıqsız olur, amma Baltikyanı ölkələr hesablanmış dostluq nümayiş etdirir”,- parlament sədri vurğulayıb.
Ş.Papuaşvili əlavə edib ki, Gürcüstanın stabilliyini və sülh siyasətini dəstəkləmək əvəzinə, bəzi Qərb ölkələri hökumətə təzyiq göstərmək üçün demokratiya məsələsini bəhanə kimi istifadə edir.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















