Icma.az
close
up
RU
Spiker: Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu

Spiker: Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan etdi. Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail oldu. Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova deyib.

O bildirib ki, yeni yaranan dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi:

"Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın yurdlarını tərk etməsi ciddi problemlər yaratmışdı. İqtisadiyyat dağılır, anarxiya və özbaşınalıq genişlənirdi. Biz hamımız bu hadisələrin şahidi olmuşuq. Daxili mübarizəyə başı qarışan o zamankı səriştəsiz iqtidar dövlətçiliyimizi müdafiə etməyə qadir deyildi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi real şəkil almışdı. Məhz bu ağır vəziyyətdə xalqımız yenidən öz müdrik liderinə üz tutdu. 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu. Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu. Ümummilli Liderimizin həyata keçirdiyi milli qurtuluş missiyası nəticəsində Azərbaycan böyük təhlükələri aradan qaldırdı və davamlı inkişaf yoluna qədəm qoydu. Müasir dövlətçiliyin, iqtisadiyyatın, hüquq sisteminin, ordunun möhkəm təməlləri yaradıldı. Ulu Öndər insanların öz gələcəyinə, dövlətinə və xalqına inamını qaytardı. Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi və dayanıqlı dövlətçilik sisteminə çevrildi. Milli suverenliyin möhkəm siyasi-hüquqi əsasları formalaşdırıldı. Ulu Öndər sübut etdi ki, güclü dövlət, səmərəli qanunlar və vətəndaş məsuliyyəti olmadan həqiqi müstəqillik mümkün deyil. Bu baxımdan 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması da Heydər Əliyev ideyalarının və əməllərinin təntənəsini ifadə edir".

"Ulu Öndərin strateji xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan Azərbaycanın qurulmasını təmin etdi. Ötən 22 il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilib. İndi Azərbaycan amili regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm şərtidir. Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanmışıq. Ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar etmişik. Bu gün Azərbaycan Respublikası beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı yeri var", - deyə spiker əlavə edib.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri