Spiker: Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Milli Məclisin spikeri Sahibə Qafarova 2025-ci ilin payız sessiyasının başa çatdığını bildirərək sessiya ərzində görülmüş işlər haqqında qısa məlumat verib.
Mia.az xəbər verir ki, ötən payız sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən spiker bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib.
Spiker diqqətə çatdırıb ki, payız sessiyasında Milli Məclisin 16 plenar iclası, 86 qanun və qərar layihəsi qəbul edilib.
Milli Məclisin payız sessiyasını uğurla başa çatdırdığını deyən Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.
Sədr payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da qanunverici orqanın payız sessiyasının sonuncu plenar iclası başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 30 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















