Icma.az
close
up
RU
Spiker üçün özəl gün Jurnalistlərdən AÇIQLAMA

Spiker üçün özəl gün Jurnalistlərdən AÇIQLAMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah Milli Məclisin sədri Sahibə Qafarovanın ad günüdür. Martın 19-da spiker 70 illik yubileyini qeyd edəcək.

Sahibə Qafarova 1955-ci ilin 19 mart tarixində Şəmkirdə dünyaya gəlib. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib.

2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2010-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Sahibə Qafarova 2020-ci ildən Milli Məclisə rəhbərlik edir.

Sahibə Qafarovanın rəhbərlik etdiyi parlamentin fəaliyyəti ilə bağlı ən çox ünsiyyətdə olan media nümayəndələri parlament jurnalistləridir. Modern.az spikerin 70 illiyi ilə əlaqədar parlament jurnalistləri ilə həmsöhbət olub. 

"Yeni Müsavat" qəzetinin parlament müxbiri Elşad Paşasoy Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə xarici səfərlərdən birində iştirak etdiyini, xanım sədrin səfər boyunca dövlət maraqları və milli mənafeyimiz naminə necə fədakarlıqla çalışmasının şahidi olduğunu deyib: “İlk növbədə hörmətli Sahibə xanımı yubileyi münasibətilə təbrik edir, ona sağlam və uzun ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirəm. Hesab edirəm ki, Sahibə xanım öz spikerlik fəaliyyəti ilə Azərbaycanın parlamentarizm tarixində özünəməxsus şəkildə imzasını həkk etmiş millət vəkillərindəndir. Məhz bu fəaliyyəti ilə həm hakim Yeni Azərbaycan Partiyasının, həm də cənab Prezidentin yüksək etimadını haqq etdiyini öz fəaliyyəti ilə sübuta yetirib. Bu uğuruna görə də Sahibə xanımı təbrik edirəm. Uzun illər ərzində parlamentin fəaliyyətini işıqlandıran media təmsilçilərindən biri olaraq xanım sədrin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində mən də xarici ölkələrin birinə səfər etmişəm. Parlament rəhbərinin Bəhreyn Krallığına etdiyi səfər boyunca keçirdiyi görüşlərdə, iştirak etdiyi tədbirlərdə necə yorulmadan Azərbaycan həqiqətlərinin çatdırılması və təbliği, dövlət və milli maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyətinin şahidi olmuşam. Səfər çərçivəsində keçirilən beynəlxalq tədbirə sədrlik etdiyi zaman da onun Azərbaycan naminə fədakarlıqla çalışmasını müşahidə edərkən bir vətəndaş olaraq qürurlanmışam. Spikerimizin Azərbaycanın əleyhinə çıxışlar etməyə cəhd göstərən Ermənistanın parlament sədrinin cavabını necə sərrast arqumentlərlə, faktlarla verməsini, düşmənin atəş nöqtəsinin susdurmasını açığı, zövqlə izləmişəm. Zəfərimizi qəbul etməyənlərin yerində oturdulması baxımından parlament rəhbəri və onun komandasının beynəlxalq fəaliyyəti alqışlara layiqdir. Fikrimcə, dövlət başçımızın yürütdüyü siyasəti əzmlə təqib edən, uğurla davam etdirən etibarlı kadrlardan biri kimi parlament sədrinin fəaliyyəti ən xoş sözlərə və yüksək mükafatlara layiqdir”.

E.Paşasoy vurğulayıb ki, parlament sədrinin həm ötən çağırış, həm də  sonrakı dönəmdə Milli Məclisdə fəaliyyət göstərən media təmsilçilərinə qarşı həssas münasibəti də sevindiricidir və nümunədir:

“Hər zaman plenar iclasların başlanğıcında və yekununda media nümayəndələrinə rəğbətlə, xüsusi hörmətlə yanaşması,əlamətdar günlər münasibətilə jurnalistləri təbrik etməsi məhz həssas münasibətin göstəricisidir. Elə bu nəcib xüsusiyyətlərin təcəssümü olaraq, ənənəvi qaydada İlaxır çərşənbə günündə media nümayəndələrinin bayramını təbrik etmək üçün onlarla görüşür, Novruz təravətli məclisin qurulmasına göstəriş verir. Eyni zamanda parlamentdə jurnalistlərin rahat fəaliyyəti üçün şəraitin qurulması, xüsusi kompüter və brifinq otağının yaradılması da təqdirolunandır. Sahibə xanımın sədrlik dönəmində Azərbaycan parlamentinin bir çox platformalarda dövlət və milli maraqların müdafiəsi baxımından gördüyü işlər, eyni zamanda ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində fəaliyyəti təqdirolunandır. Digər tərəfdən, rəhbərlik etdiyi nümayəndə heyətləri ilə bərabər xarici səfərlərdən dönəndə hər zaman parlament, media, E.Paşasoy vurğulayıb ki, parlament sədrinin həm ötən çağırış, həm də sonrakı dönəmdə Milli Məclisdə fəaliyyət göstərən media təmsilçilərinə qarşı həssas münasibəti də sevindiricidir və nümunədir:

“Hər zaman plenar iclasların başlanğıcında və yekununda media nümayəndələrinə rəğbətlə, xüsusi hörmətlə yanaşması,əlamətdar günlər münasibətilə jurnalistləri təbrik etməsi məhz həssas münasibətin göstəricisidir. Elə bu nəcib xüsusiyyətlərin təcəssümü olaraq, ənənəvi qaydada İlaxır çərşənbə günündə media nümayəndələrinin bayramını təbrik etmək üçün onlarla görüşür, Novruz təravətli məclisin qurulmasına göstəriş verir. Eyni zamanda parlamentdə jurnalistlərin rahat fəaliyyəti üçün şəraitin qurulması, xüsusi kompüter və brifinq otağının yaradılması da təqdirolunandır. Sahibə xanımın sədrlik dönəmində Azərbaycan parlamentinin bir çox platformalarda dövlət və milli maraqların müdafiəsi baxımından gördüyü işlər, eyni zamanda ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində fəaliyyəti təqdirolunandır. Digər tərəfdən, rəhbərlik etdiyi nümayəndə heyətləri ilə bərabər xarici səfərlərdən dönəndə hər zaman parlament, media, ictimaiyyətə ünvanlı hesabat məzmunlu çıxış etməsi də müsbət qarşılanan ənənələrdəndir. Bütün bunları götürdükdə, hesab edirəm ki, Azərbaycan Milli Məclisi öz tarixində Sahibə Qafarovanın timsalında çox uğurlu spikerə malikdir. Sonda bir daha Sahibə xanımı yubiley münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, Azərbaycan naminə davam etdirdiyi işlərində və şəxsi həyatında uğurlar arzulayıram”.


REAL TV-nin baş redaktorunun müavini, Əməkdar jurnalist Mahir Məmmədli isə bunları deyib:

"Sahibə xanımı, mən də jurnalistlər adından həm Novruz bayramı, həm də sabahkı yubileyi münasibətilə təbrik edirəm. Sahibə xanımın  parlamentə sədrliyi dövründə bir çox yeniliklərə şahid olmuşuq – həm ictimai müzakirə ənənəsinin yaradılması, həm beynəlxalq əlaqələlərin genişləndirilməsi və s. sahələrdə. Mən xanım sədrin bir neçə xarici səfərini jurnalist kimi müşayiət etmişəm. Bu səfərlər zamanı görürəm ki, Milli Məclisin həm beynəlxalq parlament təşkilatları, həm də parlamentlərarası əlaqələri nə qədər genişlənib. İştirak etdiyimiz beynəlxalq tədbirlərdə Sahibə xanımın digər spikerlər arasında nüfuza sahibi olduğunu görmüşəm. Ona görə də bir jurnalist kimi qürur duyuram ki, Sahibə Qafarova kimi bir spikerlə çalışmaq imkanı qazanmışam". 

"Olke.az"ın parlament müxbiri Mürtəza Bünyadlı bildirib ki, müasir Azərbaycan tarixində müstəqilliyimizin möhkəmlənib dönməz xarakter almasında, dövlətçiliyimizin inkişafında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılaraq ədalətin bərqərar olmasında, Ermənistanın işğalçılıq siyasətinə son verilməsində Azərbaycan qadının misilsiz xidməti olub.

"Bu gün biz tam məsuliyyətimizlə deyə bilərik ki, öz ağlı, zəkası, bacarığı, Vətəninə, xalqına olan sevgisi ilə müdriklik zirvəsinə yüksələn Sahibə xanım Qafarova ona etimad göstərilən vəzifənin öhdəsindən layiqincə gəlib. Bunun üçün Sahibə xanım Qafarovanın keçdiyi həyat yoluna qısa nəzər salmaq yetər. Sahibə xanım müəllim və elm adamı olaraq gənc nəslin bir vətəndaş kimi formalaşmasında, elmi biliklərə yiyələnməsində xüsusi rolu olan insanlardan biridir”.

Jurnalist vurğulayıb  ki, Sahibə Qafarovanın parlamentə rəhbərliyi həm Milli Məclisin rəhbərliyinin formalaşması, həm idarəetmə, həm də fəaliyyəti istiqamətində yeni bir mərhələnin başlanğıcı olub:

"Milli Məclis ölkənin daxili həyatında, qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkənin gələcək inkişafına xidmət edən qanunvericilik bazasının formlaşdırılması ilə yanaşı, ölkəni və ictimaiyyəti narahat edən məsələlərlə bağlı dinləmələr keçirilib. Bir çox hallarda cəmiyyəti narahat edən məsələlərin tənzimlənməsi məqsədilə yeni qanunlar hazırlanaraq qəbul edilib”.

M. Bünyadlının sözlərinə görə, Sahibə Qafarova xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfəsini verib və verməkdədir: "Əminik ki, Sahibə xanım Qafarova bundan sonrakı fəaliyyətində də xalqımızın, dövlətimizin inkişaf edib dünyada layiqli yer tutması üçün cənab Prezidentin yürütdüyü siyasətin uğurla icra olunmasına öz töhfəsini verəcək. Sahibə xanım Qafarovaya  bu yolda can sağlığı və uğrular arzulayırıq".

Qaynarinfo.az saytının parlament müxbiri Qafqaz Rafiqoğlu deyir ki, VI çağırış Milli Məclis daha aktiv və dinamik fəaliyyət göstərib: "Burada da Sahibə Qafarovanın rolu danılmazdır. Plenar iclasların səliqəli aparılması, bütün deputatların çıxışı üçün şərait yaradılması, qanun layihələrinin detallı müzakirəsi, məsələlərə özünün lakonik və savadlı yanaşması da onun spikerlik qabiliyyətinin göstəricisidir. Sahibə Qafarovanın xarici ölkələrdə Azərbaycanı təmsilçiliyi, parlamentlərarası əlaqələrin genişləndirilməsi, yüksək kürsülərdəki çıxışları da üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəldiyini göstərir".

Oxu.az-ın parlament müxbiri Mərahim Nəsib Sahibə Qafarovanın Milli Məclisin sədrliyi dönəminə diqqət çəkib:

"Sədr olmağın məsuliyyəti daha böyükdür. Düşünürəm ki, xanım spiker bu müddət ərzində vəzifəsinin öhdəsindən gəlməyi bacarıb. Ən azından, parlamentdəki intizam və ələlxüsus da onun beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətindəki fəaliyyəti bunu deməyə əsas verir. Çünki bütün bunların hər biri vəhdət təşkil edir və vəhdət olmayan yerdə aydındır ki, birlik-bərabərlik olmaz, birlik olmayanda yerdə isə sabitlikdən söhbət gedə bilməz".

Sfera.az saytının parlament müxbiri Firuzə Əliyeva deyib ki, Sahibə Qafarova hələ spiker olmadığı dövrlərdə də hər zaman parlamentdə aktiv mövqe sərgiləyib.

"Sahibə Qafarovanın  2010-cu ildən deputat kimi fəaliyyətini parlamentdən izləyən jurnalistlər yaxşı xatırlayar. O dövr üçün yaşım çatmasa da, gördüklədim və oxuduqlarıma əsasən, o, humanitar və sosial məsələlər üzrə çıxışları ilə fərqlənirdi. Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü kimi gender bərabərliyi, məişət zorakılığı və ailə institutunun gücləndirilməsi məsələlərində aktiv mövqe sərgiləyirdi. Deputat kimi çıxışlarında akademik yanaşma hiss olunurdu, lakin o dövrdə parlamentdə daha populist ritorikaya üstünlük verən deputatlarla müqayisədə mediada o qədər də çox görünmürdü”.

F.Əliyeva söyləyib ki, 2020-ci ildə spiker seçilməsi ilə Sahibə Qafarova parlamentin idarəçiliyində daha konkret addımlar atıb: “Sahibə Qafarova 10 mart 2020-ci ildə Milli Məclisin sadri seçildi. O, Azərbaycanın müstəqillik tarixində parlamentə rəhbərlik edən ilk qadın siyasətçidir. 2020-ci ildə spiker seçilməsi ilə Sahibə Qafarova parlamentin idarəçiliyində daha konkret addımlar atdı. Bu dövrdə deputatların çıxışları nizam-intizam çərçivəsində daha sistemli şəkildə təşkil olundu, iclasların iş qaydası lazımi şəkildə strukturlaşdı”. 

Jurnalist vurğulayıb ki, parlament jurnalistlərinin məlumat alması istiqamətində Sahibə Qafarovanın sədrliyi dövründə bir çox irəliləyişlər olub: “Parlament jurnalisti üçün ən vacib məsələ informasiya əldə etmə imkanlarıdır. Jurnalistlər üçün xüsusi mətbuat zalı fəaliyyət göstərir, plenar iclaslardan sonra bəzi deputatlar və komitə sədrləri açıqlamalar verir. Sahibə Qafarova 70 yaşını qeyd edərkən, onun fəaliyyəti həm qanunvericilik, həm də beynəlxalq diplomatiyada mühüm mərhələ kimi dəyərləndirilə bilər. Onun 70 illik yubileyi Azərbaycan parlament tarixində yeni dövrün simvolu sayıla bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see274

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see197

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə...

07 Avqust 2025 00:04see111

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri