Spikerdən deputatlara İRAD: “Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür” Yeni Çağ Media
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hazırda oxunan: Spikerdən deputatlara İRAD: “Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür”
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Parlamentin spikeri çıxış edən bir neçə deputata öz çıxışlarında sosial sahədə görülən işlər barədə danışmaqlarını məsləhət görüb:
“Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”.Milli Məclisin sədri deputatların çıxışlarında fevral ayında Milli Məclisə təqdim edilən hesabata istinad edərək danışmalarını tələb edib.
Qeyd edək ki, daha əvvəl çıxış edən bir neçə deputat bölgələrdəki işsizlik, ünvanlı sosial yardımın təyinatındakı problemlər, əlilliyin təyinatı ilə bağlı mövcud problemlərə toxunublar.
www.yenicag.az
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















