Spinozanın Tanrısı filminin premyerası keçiriləcək
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rejissor Cavid Təvəkkül uzun fasilədən sonra "Spinozanın Tanrısı" filmi ilə kino dünyasına qayıdıb.
Kulis.az xəbər verir ki, psixoloji dram janrında çəkilmiş filmin təqdimat mərasimi fevralın 27-si Nizami Kino Mərkəzində baş tutacaq.
Qeyd edək ki, “Spinozanın Tanrısı” filmi Netmedia-nın əməkdaşlığıyla Pelican Film Prodakşn tərəfindən istehsal olunub. Filmin ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyevdir. Ekran əsərinin quruluşçu operatoru Hüseyn Devrim, operatoru isə Elvin Hacıəliyevdir. İkinci rejissor vəzifəsini Telman Talıb icra edib. Musiqilər Nicat Qafuroğluna aiddir. Filmin quruluşçu rəssamı Vüqar Qurbanov, geyim rəssamı Neyjən, qrim rəssamı isə Aysudur.
Filmdə əsas rolları Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova ifa ediblər. Digər rollarda isə Xalq artisti Vidadi Həsənov, əməkdar artistlər Elşən Rüstəmov, Hüsniyyə Mürvətova, İqrar Salamov, Sədaqət Nuriyeva, aktyorlar Orxan Abışov, Nəzrin Abdullayeva, Sənan Fərzəliyev, Ayla Əliyeva, Jalə Novruz, Ramil Zeynalov, Niyaz İlyasoğlu və digər istedadlı aktyorlar çıxış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 27 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















