Spirtli dondurma satan azərbaycanlı biznesmenə AĞIR CƏZA
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Yekaterinburq şəhərində qeyri-qanuni şərab dondurma istehsalçısı 250 min rubl cərimə olunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, şəhər İctimai Palatasının üzvü Dmitri Çukreyev bildirib ki, iş adamının 30 yaşlı Azərbaycan vətəndaşı Əliyev Qeyder Nəsrəddin oğlu olduğu məlum olub.
Məhkəmə onu 250 min rubl (təxminən 5271 manat) cərimələyib və məhsulları müsadirə edib. "Tequila Sunrise" və "Sex on the Beach" dondurmalarının tərkibində 0,6 - 0,7% spirt olduğu müəyyən edilib.
Məlum olub ki, 30 yaşlı iş adamı “Mivino” brendi adı altında dondurma istehsalı ilə məşğul olub. İstehsalat obyekti sənaye zonasında yerləşib. İlkin olaraq sahibkara qanun pozuntularının aradan qaldırılması və spirtli dondurmaların satışdan çıxarılması tələbi ilə əmr verilib. Lakin Əliyev buna məhəl qoymayıb. Nəticədə onun barəsində inzibati iş qaldırılıb və cərimə yazılıb.


