Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
"Sonuncu şahid"in budəfəki buraxılışı qadının ərini qətlə yetirməsinin təfərrüatı əsasında çəkilib. Avtosfer.az-ın BakuTV-yə istinadən məlumatına görə, Həsən Cəbrayılov (şərti ad və soyad) və Pərvanə Zamanova (şərti ad və soyad) yeni ailə qurmuşdular və xoşbəxt idilər. Həsən hər gün Pərvanəni işə yola salandan sonra boş vaxtını ev işləri görməklə keçirirdi. Günlərin birində Həsən həyat yoldaşı ilə parkda gəzişərkən köhnə sinif yoldaşı Rizvan Şükürovu (şərti ad və soyad) görür. Rizvan Həsəni kafelərdən birinə çağırır. Onlar görüşür, söhbət əsnasında spirtli içki qəbul edirlər. Növbəti günlərdə artıq içkiyə aludə olan Həsən Pərvanənin çantasından pul götürərək yenidən kafeyə gedir, Rizvanla yeyib-içir. O qədər sərxoş olur ki, hara gedəcəyini bilmir və parkdakı skamyada yatır. Evə qayıdanda isə Pərvanə ilə aralarında mübahisə başlayır. "Mən içəcəyəm, sən də bədənini sat, pul qazan", − deyən Həsənin bu sözlərinə Pərvanə dözmür, masanın üzərindəki bıçağı götürərək ona ard-arda zərbələr endirir. Aldığı xəsarətlər nəticəsində Həsən dünyasını dəyişir.
Baxış sayı:153
Bu xəbər 28 İyun 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















