Icma.az
close
up
RU
Spirtli içkinin ən zərərli tərkib hissəsi nədir? Rusiyalı həkimdən xəbərdarlıq

Spirtli içkinin ən zərərli tərkib hissəsi nədir? Rusiyalı həkimdən xəbərdarlıq

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstənilən alkoqollu içkinin tərkibində etanol var və bu maddə, növündən asılı olmayaraq, orqanizmdə eyni dərəcədə zərərli vərdiş və asılılıq yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə "Lenta.ru" nəşrinə müsahibəsində rusiyalı psixiatr və narkoloq Ruslan İsayev xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, cəmiyyətdə ən yüksək risk qrupuna çox vaxt tünd alkoqollu içkilər (araq, viski, konyak və s.) daxil edilir. Çünki tərkibində yüksək etanol konsentrasiyası olan içkilər qanda spirt səviyyəsinin sürətlə artmasına və qısa müddətdə kəskin sərxoşluğa səbəb olur. Nəticədə beyin alkoqol qəbulunu dərhal rahatlama və eyforiya hissi ilə əlaqələndirir ki, bu da asılılıq mexanizmini sürətləndirir.

Narkoloq müxtəlif içki növlərinin yaratdığı gizli təhlükələri belə qruplaşdırıb:

"Pivə və şərab da eyni dərəcədə ciddi problem yaradır. Bu iki içki çox vaxt sosial cəhətdən məqbul və ya reallıqdan uzaq olaraq "təhlükəsiz" spirtli içki kimi qəbul edilir ki, bu da insanların psixoloji ayıqlığını azaldır. Nəticədə spirtli içki qəbulu müntəzəm hala gələrək gündəlik həyata inteqrasiya edir: axşamlar bir qədəh şərab və ya işdən sonra bir şüşə pivə ilə istirahət etmək vərdişi yaranır.

Neyrobioloji nöqteyi-nəzərdən asılılıq təkcə sərxoşluğun gücü ilə deyil, həm də bu ritualın, yəni eyni ssenarinin tez-tez təkrarlanması ilə formalaşır. Beyin üçün asılılıq riski baxımından "təhlükəsiz" alkoqollu içki yoxdur: etanol necə təqdim edilməsindən asılı olmayaraq eyni psixoaktiv maddədir".

Həkimin sözlərinə görə, şirin kokteyllər və alkoqollu enerji içkiləri orqanizm üçün ayrıca bir təhdiddir:

"Tərkibindəki şəkər, dadlandırıcı əlavələr və stimullaşdırıcılar etanolun kəskin təsirlərini maskalayır. Bu səbəbdən insan subyektiv olaraq güclü sərxoş olduğunu hiss etmir və normadan daha çox içki qəbul edir. Belə vəziyyət isə orqanizmin kəskin zəhərlənməsi də daxil olmaqla, toksiki təsir riskini və asılılıq yaradan davranışların formalaşmasını qaçılmaz edir", - deyə həkim əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri