Icma.az
close
up
RU
Şpitsbergenin qış iqlimində kəskin dəyişikliklər qeydə alınıb

Şpitsbergenin qış iqlimində kəskin dəyişikliklər qeydə alınıb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Avropalı iqlimşünaslar aşkar ediblər ki, Şpitsbergen arxipelaqının qar və buz örtüyünün nəzərəçarpacaq hissəsi yoxa çıxıb, arxipelaqın qış iqlimi isə cari ilin fevralında baş vermiş rekord istiləşmə nəticəsində radikal şəkildə dəyişib. Həmin istiləşmə zamanı qış aylarında orta hava temperaturu normadan 12 dərəcə Selsi yüksək olub. SİA xəbər verir ki, bu barədə Londonun Kraliça Meri Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Sonuncu ekspedisiyamız zamanı biz yeni yağan qarı öyrənməyi planlaşdırırdıq. Lakin iki həftəlik müşahidə dövründə bu cür nümunələri cəmi bir dəfə götürə bildik, çünki digər bütün günlərdə yağıntılar yağış şəklində düşürdü. Nəticədə ərazidəki qar və buz təbəqəsinin demək olar ki, tam əriməsi baş verdi. Bu, təkcə tədqiqat üçün nümunə toplamağımıza mane olmadı, həm də bu cür qış ekspedisiyalarının təhlükəsizliyini şübhə altına aldı,” – deyə universitetin əməkdaşı Laura Monkayo bildirib.

Tədqiqatçıların sözlərinə görə, bu ekspedisiya çərçivəsində aparılan müşahidələr arxipelaq ərazisində son illərdə iqlim rejimində kəskin dəyişikliklərin baş verdiyini göstərir. Bu dəyişikliklər orta qış temperaturunun bəzi dövrlərdə uzun müddət sıfır dərəcəni aşması ilə əlaqələndirilir.

“Orta temperaturun sıfır dərəcəni keçməsi təkcə temperatur anomaliyasının göstəricisi deyil. Bu hadisə Arktikanın qış iqlim dinamikasında fundamental dəyişikliklərin əlamətidir. Bu cür epizodik istiləşmələr təbiətə, o cümlədən buzun əmələgəlmə prosesinə, mikroorqanizmlərin aktivliyinə, qida maddələrinin dövranına və daimi donuşluq vəziyyətinə uzunmüddətli və ciddi təsir göstərir”, – deyə alimlər “Nature Communications” jurnalında dərc olunan məqalədə qeyd edirlər.

Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklərin parlaq və aydın nümunəsi olaraq, Yer kürəsinin ən şimaldakı daimi yaşayış məntəqəsi olan Nyu-Olesun yaxınlığında əriyən sular nəticəsində nəhəng göllərin formalaşması müşahidə olunub. Havanın davamlı yüksək temperaturu nəticəsində bu göllərin səthində və qardan-buzdan azad olunmuş digər tundra ərazilərində yosunlar sürətlə çoxalmağa başlayıb, açıq torpaqlarda isə bitkilər cücərməyə və torpaq mikrobları “oyanmağa” başlayıb.

İqlimşünasların sözlərinə görə, buz nümunələri üzərində apardıqları analizlər göstərir ki, bu istiləşmə təsadüfi anomaliya deyil, Şpitsbergenin qış iqlimində baş verən sistemli dəyişikliklərin təbii nəticəsidir. Alimlərin fikrincə, bu, insanların Arktikada qlobal istiləşmənin miqyasını və sürətini ciddi şəkildə dəyərləndirmədiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyul 2025 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri