Icma.az
close
up
RU
Sponsor bölgə təmsilçisi ilə əməkdaşlıqdan imtina edib RƏSMİ AÇIQLAMA

Sponsor bölgə təmsilçisi ilə əməkdaşlıqdan imtina edib RƏSMİ AÇIQLAMA

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Futbol İnkişaf Fondu ölkə futbolunun dirçəlməsi üçün bir çox kreativ işlər görür.

İdman.biz xəbər verir ki, qurumun icraçı direktoru Tural Piriyev Sport1.az-a açıqlamasında maliyyə dayağı olmayan klublara sponsor axtarışında olduqlarını deyib.

O, Premyer Liqa və I Liqaya yüksələn, II Liqaya yeni gələn komandalara dəstək göstərməli olduqlarını bildirib: "Hazırda AFFA ilə birgəİnkişaf Strategiyasına uyğun olaraq, klubların yeni gəlir kanallarının formalaşdırılması, fəaliyyət gəlirlərinin artırılması, sponsorların cəlb olunması ilə bağlı planlar üzərində işləyirik. Təbii ki, burada sadəcə gəlir kanallarının formalaşdırılması yox, həmçinin bu işlərin görülməsi üçün klubların strukturlarının təkmilləşdirilməsi də önəmlidir. Bununla bağlı da planlarımız var. Hazırda I və II Liqada olan region klubları ilə individual əməkdaşlıqlarımız davam edir. Bəziləri ilə bağlı artıq müəyyən işlərimiz var. Premyer Liqa və I Liqaya yüksələn, II Liqaya yeni gələn komandalara dəstək göstərməli olduğumuzu düşünürük".

Tural bəy "Zaqatala" və "Şamaxı"ya sponsor axtardıqlarını da bildirib: "12.02.2024-cü il tarixində “Zaqatala” ilə “Music Gallery” arasında baş sponsorluq müqaviləsi imzalanmışdı. Uzun müddətli planlar var idi. Lakin şirkət əl dəyişdirdiyi üçün bu mövsümün sonu sponsorluq anlaşması bitdi. Hazırda “Zaqatala”da Biznes Klub layihəsi çərçivəsində üzvlərin sayını artırmağa çalışırıq. Bununla yanaşı təbii ki, sponsorların cəlb olunması da nəzərdə tutulub. Fəaliyyət planımıza sadəcə ”Zaqatala”ya sponsor cəlb olunması deyil, həmçinin Premyer Liqada yeganə sponsorsuz klub “Şamaxı” da daxildir. Əlbəttə ki, yalnız bu 2 prioritetlə qalmayacağıq. Yenə də hansısa regionda sponsor cəlb olunması ilə bağlı imkanlar olarsa, onları dəyərləndirməyə çalışacağıq. Bununla yanaşı, klubların əlavə gəlirlərinin formalaşması, gəlir diversifikasiyası yaradılması üçün də işlərimiz davam edəcək".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri