Sportinq Çelsi nin futbolçusunu icarəyə götürdü
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Portuqaliyanın "Sportinq" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Lissabon təmsilçisi "Çelsi"nin vingeri Cessi Derrini "rənglərinə bağlayıb".
Bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Anlaşmaya əsasən, "Sportinq" 19 yaşlı futbolçunu 2027-ci ilin iyun ayınadək icarəyə götürüb. Maraqlıdır ki, Derri Lissabona yollanmazdan əvvəl "Çelsi" ilə uzunmüddətli yeni müqavilə imzalayıb. London klubu futbolçunun inkişaf planının bir hissəsi olaraq onun Portuqaliyada təcrübə toplamasını məqsədəuyğun hesab edib.
Qeyd edək ki, son illərdə "Çelsi" ilə "Sportinq" klubları arasında sıx əməkdaşlıq münasibətləri formalaşıb. Daha əvvəl Covani Kenda və Dario Essuqonun transferləri də məhz bu iki klubun tərəfdaşlığı çərçivəsində reallaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 İyul 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















