Sputnik Azərbaycan da əməliyyat: Rusiyadan fərqli olaraq tam hüquqi idi
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sputnik Azərbaycan” agentliyinin ölkəmizdəki fəaliyyəti "Media haqqında" Qanunun tələblərinə zidd olduğu üçün sözügedən təsisatın fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib".
Bu sözləri "Cebheinfo.az" -a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, “Media haqqında” Qanunun 26-cı maddəsinin tələblərinə əsasən, media subyektinin təsisçisi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaş olmalıdır. Təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) respublikada daimi yaşayan Azərbaycan vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır:
"Media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaş olmalı, qanunun 26.3-cü maddəsinin tələblərinə cavab verməlidır.“Sputnik Azərbaycan” xarici hüquqi şəxs olan «Rossiya seqodnya” agentliyinin törəmə müəssisəsi (filialı) kimi fəaliyyət göstərirdiyi üçünonun fəaliyyəti ölkə qanunvericiliyinə zidd idi. Məhz bu səbəbdən agentliyin fəaliyyəti qanunauyğun olaraq dayandırılmışdı. Sözügedən subyektin fəaliyyəti artıq 5 ay idi ki, dayandırılmışdı, amma onlar fəaliyyətlərinə davam edirdilər və təbii ki, qanunsuz fəaliyyət göstərirdilər. Bu baxımdan, qanunsuz fəaliyyətin dayandırılması zərurəti yaranmışdi və dayandırıldı da".
O bildirib ki, Azərbaycan Rusiyadan fərqli olaraq, atdığı bütün addımları ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir:
"Sözügedən əməliyyat da qanunvericiliyin tələblərindən irəli gələn hüquqi addımlardır".
Səbinə Uğur
"Cebheinfo.az "
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 30 İyun 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















