“Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxıldı
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bakıda həbs olunan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx həbsdən azad edilib və Rusiyaya yola salınıb.
Bu barədə Trend-ə məlumatlı mənbədən bildiriblər.
Qeyd edilib ki, İqor Kartavıxın qarşılığında isə Rusiya tərəfi Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi azadlığa buraxıb.
Qeyd edək ki, Sputnik Azərbaycan" İnformasiya Agentliyinin ofisində iyun ayında polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Onlar Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunmuşdular.
Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurdular.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 Oktyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















