Sputnik in redaktorunun evində axtarış aparıldı
Icma.az, Axar.az saytına istinadən bildirir.
"Sputnik Azərbaycan"ın redaktoru İqor Kartavıxın mənzilində axtarış aparılıb.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, axtarış zamanı mənzildən kompüter avadanlığı götürülüb.
Qeyd edək ki, Azərbaycanın təhlükəsizlik qüvvələri dünən "Sputnik Azərbaycan"ın ofisində əməliyyat-axtarış tədbirləri keçirib. Tədbirlər çərçivəsində redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.
Ümumilikdə isə “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) DİN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Baxış sayı:105
Bu xəbər 01 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















