Srgjan Kerim: BMT də sistem üzrə uyğunluq islahat üçün strateji zərurətdir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 mart, AZƏRTAC
BMT sistemi müxtəlif agentliklər, proqramlar, ixtisaslaşmış orqanlar və katibliyin birləşməsindən ibarətdir və hər birinin öz idarəetmə, büdcə və əməliyyat mədəniyyəti mövcuddur. Bu müxtəliflik zəiflik deyil, gücün əksidir. Amma effektiv koordinasiya olmadan təkrarçılıq, səmərəsizlik və təsirin parçalanması riski yaranır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin 62-ci Baş Assambleyasının Prezidenti olmuş, Şimali Makedoniya Respublikasının keçmiş Xarici İşlər naziri Srgjan Kerim deyib.
Srgjan Kerim bildirib ki, BMT-də sistem üzrə uyğunluq islahat üçün strateji zərurətdir.
Onun sözlərinə görə, bu uyğunluq həm idarəetmə, həm də mədəni islahat tələb edir. Agentliklər özlərini əsasən müstəqil qurumlar kimi yox, paylaşılmış çoxtərəfli təşəbbüsün komponentləri kimi görməlidirlər.
S.Kerim qeyd edib ki, əgər sistem üzrə uyğunluq təmin edilərsə, BMT islahatı artıq sonsuz institusional debat kimi görünməyəcək, təşkilatın fəaliyyət qabiliyyətinin real şəkildə artırılması ilə nətilənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Mart 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















