Şri Lanka həbsxanasında baş verən toqquşmalar zamanı 25 nəfər ölüb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 iyul, AZƏRTAC
Bazar ertəsi günü Şri-Lanka həbsxanasında iki məhbus qrupu arasında baş verən toqquşmalarda 25 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iki polis və bir xəstəxana əməkdaşları “Reuters” agentliyinə bildiriblər.
Bazar günü ölkənin kommersiya paytaxtı Kolombodan təxminən 35 kilometr şimalda yerləşən sahil şəhəri Neqombodakı həbsxanada məhkumlarla nəzarət altında saxlanılan şəxslər arasında toqquşmalar başlayıb. Həbsxanada təmizləmə əməliyyatı hələ də davam edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölülərin və yaralıların yerini müəyyən etmək üçün çalışırlar.
“Derana” telekanalının yayımladığı kadrlarda döşəmədə uzanmış yaralı məhbusları daşıyan polis avtobusu həbsxanadan çıxarkən görüntülənib. Cəzaçəkmə müəssisəsinin qapılarında çoxlu sayda polisin olduğu da görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















