Icma.az
close
up
RU
Şri Lankada 159 nəfər həlak olub, yüz minlərlə insan evsiz qalıb

Şri Lankada 159 nəfər həlak olub, yüz minlərlə insan evsiz qalıb

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Şri-Lankanın hakimiyyət orqanları ölkəni viran qoyan güclü “Ditva” siklonundan sonra paytaxt Kolombonun bir sıra ərazilərində artan sel suları ilə mübarizəni davam etdirir.
Yeniavaz.com
AFP-yə istinadən xəbər verir ki, fırtına və ona müşayiət edən bir həftəlik leysan yağışları ölkə üzrə ən azı 159 nəfərin ölümünə səbəb olub.
Fəlakətlərin İdarə Edilməsi Mərkəzi (DMC) bildirir ki, Kelani çayında suyun səviyyəsi hələ də yüksəlir və bu da Kolombonun şimalında genişmiqyaslı daşqınlara gətirib çıxarıb. Rəsmilər əlavə edir ki, daha 203 nəfər itkin düşmüş hesab olunur.
Prezident Anura Kumara Dissanayake şənbə günü ölkədə fövqəladə vəziyyət elan edib və beynəlxalq ictimaiyyətdən təcili yardım tələb edib. İlk reaksiya Hindistandan gəlib – xilasetmə əməliyyatlarına dəstək üçün iki helikopter və humanitar yardım göndərilib. Yaponiya da ilkin qiymətləndirmə qrupu göndərəcəyini və əlavə yardım göstərəcəyini açıqlayıb.
DMC bildirir ki, yağışlar dayansa da, xüsusən də ölkənin mərkəzi əyalətində bir çox yollar hələ də bağlanıb, bölgələrə giriş mümkünsüzdür. Yüz minlərlə insan köməksiz qalıb. 20 mindən çox ev dağılıb, 122 min nəfər hökumətin müvəqqəti sığınacaqlarına yerləşdirilib. Evlərini tərk etmək məcburiyyətində qalan təxminən 833 min insanın humanitar yardıma ehtiyacı var.
Hərbi qüvvələr, donanma və hava qüvvələri mülki qurumlarla birlikdə fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.
Rəsmilər bildirir ki, elektrik xətlərinin sıradan çıxması və su basmış çirkab suların təmizləyici qurğularının fəaliyyətsiz qalması səbəbindən ölkənin təxminən üçdə biri işıqsız və susuz qalıb. İnternet əlaqəsi də geniş şəkildə kəsilib.
“Ditva” siklonu 2017-ci ildən bəri Şri-Lankada baş vermiş ən ölümcül təbii fəlakət kimi qeydə alınıb. Ümumilikdə ölkədə ən dağıdıcı daşqın isə 2003-cü ilin iyununda baş verib və o zaman 254 nəfər həlak olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri