Şri Lankada kanat yolunda vaqon düşdü: Buddist rahiblər həlak oldular
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Şri-Lankanın mərkəzində yerləşən Na Uyana Aranya Senasanaya monastırının ərazisinə kanat yolunda vaqonun düşməsi nəticəsində yeddi buddist rahib ölüb, altı nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, faciə sentyabrın 24-də axşam saatlarında baş verib.
"(Şri-Lankadakı monastırda) qalxma zamanı kanat qırılıb və nəticədə rahibləri və zəvvarları daşıyan vaqon yüksəklikdən dərəyə düşüb", - hüquq-mühafizə orqanlarının əməkdaşları qəzetə bildiriblər.
Polis qəzanı dağlıq ərazidə yerləşən monastır binaları arasında insanların və yüklərin daşınması üçün istifadə olunan qaldırıcıda yaranan texniki nasazlıqla əlaqələndirib. Ölənlər arasında üç əcnəbinin olduğu bildirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 Sentyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















