Icma.az
close
up
RU
SSRİ bayrağı qaldıran Səmədovdan ilginc ifadə

SSRİ bayrağı qaldıran Səmədovdan ilginc ifadə

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Saleh Səmədov sərbəst ifadə verib. O, məhkəmədə irəli sürülən ittihamlar üzrə özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə baxışı zamanı Saleh Səmədovun ifadəsinin cinayət işinin digər epizodları ilə müqayisəli şəkildə araşdırılması qərara alınıb.

Keçmiş rayon Ağsaqqallar Şurası sədri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

İş üzrə əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. İttihama əsasən, Saleh Səmədov tutduğu vəzifədən istifadə etməklə ümumilikdə 200 min manat məbləğində vəsaiti mənimsəyib.

Təqsirləndirilən şəxs mənimsəmə ittihamı üzrə özünü qismən təqsirli bildiyini, lakin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamını qəbul etmədiyini bildirib. Məhkəmədə məlum olub ki, dəymiş ziyanın 44 min manatı artıq ödənilib.

Saleh Səmədovun adı ilk dəfə 2025-ci ilin may ayında İmişlinin Sarıxanlı kəndində keçirilən 9 May - Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdən sonra ölkə gündəminə gəlmişdi.

Həmin tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsi və Saleh Səmədovun sinəsində Rusiyanın imperiya simvollarından hesab olunan "Georgi lenti" ilə çıxış etməsi geniş ictimai müzakirələrə səbəb olmuşdu. Tədbirdə, həmçinin sovet dövrünün məşhur "Den Pobedı" ("Qələbə Günü") mahnısı səsləndirilmişdi. Hadisədən sonra mediaya açıqlama verən Saleh Səmədov SSRİ bayrağının nümayişində qanunsuz heç nə görmədiyini bildirmişdi.

"SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır. Bu bizim tariximizdir. Biz o bayrağın altında böyümüşük. "Georgi lenti" də həmin müharibənin rəmzidir. Azərbaycan bayrağından uca bayraq yoxdur", - deyə o, həmin vaxt bildirmişdi.

Bu açıqlamalar cəmiyyətdə ciddi rezonans doğurduqdan sonra Saleh Səmədovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlanılıb. Sonradan onun barəsində cinayət işi başlanıb, istintaq aparılıb və DTX tərəfindən həbs edilib.

Araşdırmalar dövründə onun fəaliyyətində maliyyə pozuntuları və vəzifə səlahiyyətlərindən istifadə ilə bağlı müxtəlif epizodların istintaq predmetinə çevrildiyi açıqlanıb. Bundan başqa, Saleh Səmədovun övladları da tutduqları dövlət vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, Saleh Səmədov 2025-ci il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 1-nə təyin olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri