Icma.az
close
up
RU
SSRİ dövrünün əşyaları yenidən dəbə minir

SSRİ dövrünün əşyaları yenidən dəbə minir

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Son illər dünyada və regionda retro üsluba maraq sürətlə artır və SSRİ dövründən qalan əşyalar yenidən dəbə minir. Bir vaxtlar adi məişət predmeti hesab edilən, daha sonra isə köhnəlmiş və yararsız görünən bu əşyalar indi interyer dizaynında, geyimdə və gündəlik həyatda xüsusi dəyər qazanıb.

AzPost xəbər verir ki, ən çox diqqət çəkən nümunələrdən biri “avoska”dır. Sovet insanlarının sevimli şəbəkə torbası bu gün ekoloji təmiz və çoxfunksiyalı aksesuar kimi istifadə olunur. Onun yüngüllüyü, çoxdəfəlik istifadəsi və müasir üsluba uyğunluğu səbəbindən dizaynerlər bu torbalara  ikinci həyat veriblər. Müxtəlif rəng və materiallarda hazırlanan bu torbalar artıq dünya podiumlarında belə görünür.

SSRİ-dən qalma xalçalar da interyer modasında yeni mərhələ yaşayır. Bir vaxtlar “köhnə dəbin qalığı” sayılan bu xalçalar indi evlərə unikal üslub, rəngarənglik və vinaj ab-havası qatır. Qalın xovlu, əl işi naxışlarla bəzədilmiş xalçalar həm “boho”, həm də eklektik üslubda interyerlərin əsas elementi kimi seçilir.

İşıqlandırma sahəsində də sovet dövrü üslubu geri qayıdır. Böyük abajurlu lampalar, şüşə və metal detallar indi yenidən interyer dizaynerlərinin favoritidir. Restavrasiya edilən və ya müasir formada təkrar istehsal olunan bu lampalar otaqlara həm yumşaq işıq, həm də nostalji ab-havası bəxş edir.

Mebel sahəsində servan, bufet, taxta ayaqlı stullar və kresloların retro nümunələri dəyərli sayılır. Onların möhkəmliyi, keyfiyyətli materiallardan hazırlanması və minimalistik formaları müasir üsluba uyğun gəlir. Bəzi hallarda isə belə mebellər otağın əsas dekorativ elementi olur.

Mətbəxdə isə qranat stəkan və podstakaniklər yenidən gündəmdədir. Onlar yalnız praktiklik deyil, həm də estetik baxımdan dəyərli hesab olunur. Retro üslubu sevənlər bu stəkanlardan dekor məqsədilə də istifadə edirlər.

Moda sahəsində isə telogreyka, velvet şalvar, iri hörgülü şərflər, balaklava və hətta corabla geyilən ayaqqabılar sovet dövrü dəbinin yeni “hibrid forması” kimi qəbul olunur. Bu geyimlər həm rahatlıq, həm də orijinallıq gətirir.

Mütəxəssislər hesab edirlər ki, bu retro trendlərin geri dönüşü yalnız nostalgiya ilə bağlı deyil. Əsas səbəblərdən biri davamlı və keyfiyyətli məhsullara marağın artmasıdır. Eyni zamanda, insanlar evlərini və geyimlərini fərqli, tarixi ruh daşıyan detallar ilə zənginləşdirməyə üstünlük verirlər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri