Icma.az
close
up
RU
SSRİ rəhbərliyi Moskvanı partlatmaq istəyib

SSRİ rəhbərliyi Moskvanı partlatmaq istəyib

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

1941-ci il oktyabrın 5-də faşistlər Yuxnov şəhərini ələ keçirəndən sonra Moskvaya 190 kilometr qalıb və şəhərə yaxınlaşanların qarşısına çıxacaq hərbçi sayı çox az olub.

801 saylı məxfi qərar

SSRİ-yə ən böyük zərbə Vyazma yaxınlığında baş verən döyüş olub. Sovet ordusunun yarım milyondan çox hərbçisi əsir düşüb. Yalnız oktyabrın 7-də axşam saatlarında qırmızı ordu komandanlığı vəziyyətin fəlakətə yaxın olduğunu başa düşüb. Son ümid yeri 3,5 min nəfərdən ibarət Podolsk kursantları olub. Gənc döyüşçülər 200 tankı və 20 min seçilmiş əsgəri olan Vermaxtın 57-ci motorlu korpusuna qarşı döyüşməli olub. Kreml ən pisinə - paytaxtın faşistlər tərəfindən tutulmasına hazırlaşmağa başlayıb.

Döyüşün davam etdirilməsinə şərait yaratmaq və itkilərdən asılı olmayaraq düşmənə böyük ziyan vurmaq üçün SSRİ rəhbərliyi “yandırılmış torpaq taktikası”ndan istifadə etmək qərarına gəlib.

“Moskvanın itirilməsi ilə Rusiya uduzmur” başlıqlı məqalələr ölkə əhalisini dövlətin əsas şəhərinin təslim olmasına mənəvi cəhətdən hazırlamağa yönəlib. Eyni zamanda paytaxtın Kuybışevə (indiki Samara) köçürülməsinə hazırlıq gedib.

Oktyabrın 15-də Dövlət Müdafiə Komitəsi (DKK) 801 saylı məxfi qərar qəbul edib. Bu qərara əsasən, SSRİ hökuməti, Xalq Müdafiə Komissarlığı, SSRİ Ali Sovetinin Rəyasət Heyəti və bütün xarici nümayəndəliklərin Volqa sahilindəki şəhərə köçürülməsi nəzərdə tutulub. Öz növbəsində, ordunun baş qərargahı Arzamasa təxliyə edilib. Xarici işlər komissarı Vyaçeslav Molotov və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin Kuybışevə gediblər, lakin SSRİ Nazirlər Sovetinin sədri İosif Stalin və daxili işlər komissarı Lavrenti Beriya Moskvada qalıblar. Buna baxmayaraq, Stalinin təxliyəsi üçün xüsusi qatar və döyüşçülər eskadrasının müşayiət edəcəyi “Duqlas” təyyarəsi hazırlanıb.

Partlayışlara hazırlıq

Moskva sovet dövründə sənaye şəhəri olub. Payızın əvvəlindən şərq istiqamətində müəssisələrin intensiv təxliyəsi aparılsa da, bir çoxları vaxtında çıxarılmayıb. Sadəcə olaraq onları partlatmaq qərara alınıb.

Ümumilikdə 1,1 min obyektin, o cümlədən hökumət evi, poçt idarəsi, mərkəzi teleqraf, körpülər, həbsxanalar, Böyük Teatr və digər sənət məbədləri, muzeylər və hətta qədim kilsələr partlayış üçün minalanıb.

Qeyd edək ki, muzeylərdən və milli irsdən olan bütün sərvətlər əvvəlcədən şərqə köçürülüb. Onlar həmçinin Leninin cəsədini Mavzoleydən Tümen şəhərinə aparıblar. Bundan sonra istehkamçılar tarixdə ilk dəfə bağlanan Moskva metrosunu minalayıblar.

Bu, sonda güclü çaxnaşmaya səbəb olub və oktyabrın 16-da on minlərlə moskvalı Sibirə getmək üçün bir gündə qatar stansiyalarına qaçıblar. Bütün baş verənlərə baxmayaraq şəhərdə üç müdafiə xətti, silah, partlayıcı maddələr və ərzaq olan gizli anbarlar yaradılıb.

Hətta 250 min qadın və uşaq Moskva ətrafında xəndək və tank əleyhinə çuxurların qazılması işinə cəlb olunub. Bundan əlavə, çekistlər yeraltı qruplar təşkil edərək guya sovet hökumətindən narazı olan və faşistlərə işləmək istəyən agentlər hazırlayıblar.

Tarixçilər hesab edir ki, Moskvanın təslim olması SSRİ-nin müharibədə məğlubiyyəti demək deyildi, çünki ən pis halda, Volqanın alınmaz qalaya çevriləcəyi planlaşdırılıb. Amma paytaxtın işğal altında olması ölkənin mənəvi cəhətdən məğlubiyyəti olacaqdı.

Aylar ərzində davam edən müharibədə SSRİ-nin paytaxtı nasistlərin işğalına məruz qalmayıb. Sovet hərbçilərinə ən çöx köməkliyi həmin il hökm sürən soyuq hava şəraiti edib. Nəticədə temperaturun son dərəcə aşağı düşməsi almanların lojistik təchizat və texniki təminatda çətinliklər çəkməsinə səbəb olub. Sovet ordusu 7 yanvar 1942-ci il tarixinə qədər baş vermiş döyüşlərdən sonra almanları Moskva şəhərindən 250 km məsafədə uzaqlaşmağa məcbur ediblər.

Qeyd edək ki, 1812-ci ildə Napoleonun Moskvaya hücumu zamanı da Rusiya qışının amansız şaxtası fransız ordusuna böyük çətinliklər yaşadıb.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri