Stadiona avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edildi
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.
Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Stadiona avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edildi
19 Noyabr 2024 17:33
Stadiona avtomobillə qanunsuz daxil olmaq istəyən şəxs SAXLANILDI
18 Noyabr 2024 21:29
Stadiona avtomobillə qanunsuz daxil olmaq istədi, həbs edildi
18 Noyabr 2024 21:29
BOKa avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib
18 Noyabr 2024 21:26

