Stadionları 23 minlikdir, “Real”la oyununa 140 min bilet sifarişi alıblar
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Kayrat”ın (Qazaxıstan) baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasında Madrid “Real”ı ilə qarşıdakı oyunları barədə fikirlərini bölüşüb. Matç sentyabrın 30-da Almatıda keçiriləcək.
QOL.az Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, Urazbaxtin matça böyük maraq olduğunu deyib:
“Klubda hərəyə beş bilet verdilər. Stadionumuz elə də böyük deyil - cəmi 23 min tamaşaçı tutumu var. Mənim aldığım məlumata görə, “Real”la oyuna təxminən 140 min bilet müraciəti olunub. Rəhbərlik bizə izah etdi ki, bütün biletləri sadəcə paylaya bilmərik. Çünki onda adi azarkeşlərin bilet alma imkanı qalmayacaq. Bəli, böyük ajiotaj var, amma bizim bütün Çempionlar Liqası oyunlarımızda belə maraq olub. Hətta futbola heç vaxt getməyən insanlar belə indi gəlmək istəyirlər. Biz də təəccüblənirik: insanlar “Real”ı görmək istəyir, yoxsa bizi?”.
Xatırladaq ki, “Kayrat” “Real”la 2-ci turda qarşılaşacaq. Bu gün keçiriləcək ilk turun matçında isə onlar Lissabonda yerli “Sportinq”in qonağı olacaqlar.
Baxış sayı:94
Bu xəbər 18 Sentyabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















