Icma.az
close
up
RU
Stalinin ayaq üstə alqışladığı opera O, Bağırova hansı tapşırığı vermişdi?

Stalinin ayaq üstə alqışladığı opera O, Bağırova hansı tapşırığı vermişdi?

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 140-cı ildönümüdür.

Kulis.az bu münasibətlə Gülnarə Əsgərovanın "Moskvada unudulmayan on gün" yazısını təqdim edir.

Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin bünövrəsini qoyduğu kimi, bu məktəbin yetirmələrinin tanınmasında da böyük rol oynamışdır. Belə ki, gənclərin yaradıcılığının respublika daxilində, eləcə də xaricdə təbliği məhz bu böyük ustadın adı ilə bağlıdır.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünü xatırlayaq. Bu sənət bayramında Azərbaycanın 700-ə qədər mədəniyyət və incəsənət xadimi öz əsərlərini və ifalarını o zamankı paytaxt tamaşaçılarına təqdim etmişlər. Həmyerlilərimiz geniş tamaşaçı auditoriyası qarşısında bir növ hesabat vermişlər. Həmin əlamətdar hadisədən artıq 80 il keçir. Moskvadakı dekada günlərinin Azərbaycanda təşkilatçısı, bədii rəhbəri Üzeyir bəy Hacıbəyli olmuşdur. O, mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədri idi. Üzeyir bəy həm də rəqqaslar, rəqqasələr, artistlər üçün tikilən milli paltarların forma, biçim, naxış və bəzəyinə də çox diqqət yetirirdi. O, Azərbaycan milli geyimlərinin gözəlliyinin Moskva tamaşaçılarına daha yaxşı təqdim olunmasına çalışırdı.

Ongünlükdə Azərbaycanın ən istedadlı solistləri və ifaçı kollektivləri, başda Üzeyir Hacıbəyli olmaqla Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Cabbar Qaryağdıoğlu, Qara Qarayev, Niyazi, Hacı Xanməmmədov, Mirzə İbrahimov, Qurban Pirimov, İsmayıl Hidayətzadə, Əşrəf Həsənov, Ağabacı Rzayeva, Qəmər Almaszadə, Hüseynağa Hacıbababəyov, Gülağa Məmmədov və başqaları, eləcə də Səid Rüstəmovun rəhbərliyi ilə Xalq çalğı alətləri orkestri, Dövlət xoru, qədim Şəki şəhərində yaradılmış nəfəsli alətlər ansamblı, xalq aşıqları, görkəmli rəqs ustası Qəmər Almaszadənin rəhbərliyi ilə Milli rəqs ansamblı çıxış edirdilər.

1938-ci il aprel ayının 5-də, on gün davam edən, əks-sədası isə illərlə yaddaşlardan silinməyən musiqi bayramının başlanğıcı oldu.

Azərbaycan nümayəndələrini Kursk vağzalında Moskva teatrlarının artistləri, ictimai təşkilatların nümayəndələri böyük hərarətlə, gül-çiçək dəstələri ilə qarşıladılar. O dövrdə paytaxt mətbuatı - "Pravda", "Komsomolskaya pravda", "Sovetskoye iskusstvo" və başqa qəzet və jurnallar bu dekadaya hazırlıq işlərinə həsr edilmiş xüsusi yazılar dərc edirdilər.

Məsələn, Moskvanın "Muzqiz" nəşriyyatı dərc etdiyi iki toplusunda "Koroğlu" operasından parçalar - iki aşıq mahnısı, Nigarın ariyası, "Leyli və Məcnun" operasından iki xor, "Arşın mal alan" operettasından fraqmentlər dərc etmişdi.

SSRİ xalq artisti, Böyük Teatrın bədii rəhbəri Samosud bu ongünlük haqqında belə yazırdı:

"Azərbaycanın incəsənət nümayəndələrinin Moskvaya gəlişi sovet incəsənətinin həyatında böyük hadisə və ümumxalq bayramıdır".

Samosud Azərbaycan musiqisinə layiqincə qiymət verərək deyirdi:

"Azərbaycanın xalq mahnı və rəqsləri bəstəkarlar və baletmeysterlər üçün tükənməz mənbədir».

Aprelin 9-da Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası Moskvada səhnəyə qoyuldu. Əvvəlindən sonuna qədər hədsiz incə lirizmlə zəngin operettanın professionallıqla ifa olunan ariyaları, ariozaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Moskvalılar Müslüm Maqomayevin "Nərgiz", Reynqold Qliyerin "Şahsənəm" operasını da böyük hərarətlə alqışladılar. Əlbəttə ki, ən böyük uğuru "Koroğlu" operası qazandı. Gözəl səsinə görə Bülbül adını qazanmış, Koroğlu rolunun mahir ifaçısı Murtuza Məmmədovun ifa etdiyi "Koroğlunun ariyası" isə paytaxt tamaşaçılarının böyük rəğbətinə səbəb oldu.

Möhtəşəm incəsənət bayramının yekun nömrəsi isə Azərbaycanın gənc bəstəkarı Qara Qarayevin gənc şair Rəsul Rzanın sözlərinə yazdığı "Könül nəğməsi" adlı kantatası oldu. Məhz bu kantatadan sonra həmin dövrdə 20 yaşlı Qara Qarayevin adı bütün ittifaqda məşhurlaşdı.

Aprelin 17-də Üzeyir Hacıbəyliyə SSRİ Xalq artisti fəxri adı verildi. Bəstəkara bu mükafatı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.İ.Kalinin şəxsən təqdim etdi. Uğurla başa çatan ongünlükdən sonra həmçinin, Bülbül, R.Qliyer, ilk qadın vokal ifaçımız Şövkət Məmmədova da SSRİ xalq artisti adına layiq görüldülər. Bu möhtəşəm dekada günlərində Azərbaycan xalqının şanlı oğlu Üzeyir Hacıbəyli həmçinin, Lenin ordeni ilə də təltif edildi.

Dekada günlərinin birində İ.V.Stalin M.Bağırovu rəsmi görüşə dəvət edərək "Koroğlu" operası haqqında yüksək fikirlərini və bu operaya yenidən baxmaq arzusunu bildirmişdir. Ölkə rəhbərinin bu arzusunu nəzərə alaraq, həmin günlərdə Azərbaycanlı artistlər "Koroğlu" operasını üç dəfə paytaxt səhnəsində nümayiş etdirdilər. Böyük uğurla başa çatan bu tamaşaları dövlət rəhbəri Stalin ayaq üstə alqışlayırdı. Bütün bunlar Azərbaycan incəsənətinə, mədəniyyətinə, folkloruna, ədəbiyyatına və bunların fövqündə dayanan Üzeyir bəyə verilən böyük qiymət idi.

Moskva dekadası haqqında dirijor, pedaqoq, Azərbaycanın xalq artisti Əşrəf Həsənovun xatirələrində oxuyuruq:

"1938-ci ildə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, o zaman incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və «Koroğlu» operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram. Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu”.

Paytaxt tamaşaçılarının yaddaşından uzun zaman silinməyən bu dekada günləri istedadlı rus rəssamı, professor Mixail Aleksiçin çəkdiyi dostluq şarjında da təcəssüm olundu. İlya Repinin "Burlaklar Volqada" əsərinə nəzirə olaraq çəkilmiş bu rəsmdə M.Aleksiç arxa fonda Moskvanın məşhur Böyük Teatrını təsvir etmişdir. Binanın üstündə teatrın bədii rəhbəri və baş dirijoru Samosud əyləşmişdir, qarşıda isə Sovetlər dövrünün ən məşhur bəstəkarları - Qliyer, Şaporin, Muradeli, Prokofyev, Dzerjinski və başqaları təsvir olunmuşlar. Professor Aleksiç bu pleyadanın ən önündə dahi Üzeyir Hacıbəylini təsvir etmişdir. Bununla rus rəssamı da dövrünün ən öndə gedən bəstəkarının Üzeyir Hacıbəyli olduğunu etiraf etmişdir.

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri “Nazim Hikmət qaçmayıb xalqına sözünü deməli idi" - Ona nə üçün "viski düşkünü" deyirdilər? Süleyman Rüstəm onu heç oxumadan tənqid etmişdi... - Əhməd Cavad hansı əsərində Sovet işğalına işarə edirdi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri