Icma.az
close
up
RU
Stalinin əzablı ölümü Putin üçün tarix dərsi

Stalinin əzablı ölümü Putin üçün tarix dərsi

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1953-cü il martın 5-də, Moskva vaxtı ilə saat 21:50-də Sovet radiosu İosif Vissarionoviç Stalinin ölüm xəbərini yayımladı. Rəsmi səbəb kimi beyninə qan sızması göstərildi. Bəs bu rəsmi, quru tibbi rəyin arxasında əslində nələr gizlənirdi? 

Sonralar SSRİ Tibb Elmləri Akademiyasının üzvü, Aleksandr Myasnikov SSRİ rəhbərinin ölümünü belə xatırlamışdı: 

“Uzun illər beyin damarlarının aterosklerozu və hipertoniya xəstəliyindən əziyyət çəkən Stalin hər şeydən və hər kəsdən şübhələnirdi. Psixikasında yaranmış problemlər onun həyatını işgəncəyə döndərmiş, ölümünü sürətləndirmişdi. Ölümündən əvvəl martın 1-dən 2-sinə keçən gecə o, iflic olmuşdu. Nitqini itirdiyinə görə cürbəcür qeyri-insani səslər çıxarırdı. Rəhbər yatağında əzab içində çabalayır, qorxunc və ağır şəkildə ölürdü. Qıcolmadan üzü əyilir, xırıltılı nəfəsi kəsik-kəsik gəlirdi. Hərdən sanki huşu özünə gəlir, dəli baxışlarla ətrafdakıları süzür, anlaşılmaz səslər çıxarırdı. Onun bu halını seyr etməkdən başqa əlimizdən bir iş gəlmirdi”. 

Stalinin ölümü SSRİ tarixində bütöv bir epoxanın sonu oldu. Onun bu cür əzabla, ətrafdakılardan xoflana-xoflana, təşviş içində dünyasını dəyişdiyini çox az adam bilirdi.

İllərlə sürdürdüyü qorxulu repressiyalar sovet liderinin öz psixikasını da pozaraq onu hər kəsdən şübhələnən dəliyə döndərmişdi. Odur ki, Stalin uzun müddət tibbi  müalicədən imtina edərək, türkəçarəyə və ekstrasens terapiyasına üz tutmuşdu. Əlbəttə, həkimlərə qarşı qorxudan inamsızlıq onun taleyində faciəvi rol oynadı. Diktatorun səhhəti kritik vəziyyətə çatanda ən yaxşı həkimləri çağırıb xəstənin başına topladılar. Lakin hər şey üçün artıq gec idi. 

V. Molotov öz xatirələrində belə demişdi: 

“Stalin bütün ömrünü sui-qəsd təhlükəsi qorxusu ilə  yaşadı. O, 30-cu illərin sonlarından başlayaraq bir il yarım ərzində bişmiş toyuq yumurtasından başqa heç nə yemir, yeməyinə zəhər qatılmasından ehtiyat edirdi. Öz əli ilə qaynatdığı yumurtalar ona müəyyən qədər təhlükəsizlik hissi və sakitlik verirdi”.

Stalinin həyatının son saatlarında onun yanında yalnız Politbüro üzvlərindən ən yaxın olanlar və şəxsi mühafizə heyəti olub. Onlar diktatorun əzablı ölümünü tam sükutla izləyib, bir kəlmə belə, deməyə cürət etməyiblər.  

Stalinin ölümündən sonra ölkədə hökm sürən qorxu və şübhə atmosferi SSRİ liderini xəstə yatağında müşaiyət edənlərin də taleyinə təsirsiz ötüşməyib. Stalin vəfat etdikdən sonra onun müalicəsini aparan bir çox həkimlər müxtəlif təqiblərə məruz qaldılar. Onlar yanlış müalicədə, hətta rəhbərin qəsdən öldürülməsi ehtimalında ittiham ediliblər. 

Məlum olduğu kimi qorxulu Stalin dönəmindən sonra Xruşşovun “yumşalma dövrü” başladı. SSRİ məkanında  hökm sürən vahiməli gərginlik azaldı, ictimai, siyasi, mədəni sferada nisbətən liberal mühit yarandı. Düşünürəm ki, eləcə də tərs xarakterli bu eqoist Putindən sonra Rusiyada bir yumşalma mərhələsi başlayacaq və  qonşu ölkələrlə barış yolları axtarılacaq. 

Murad Köhnəqala

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri