“Starlink” mübahisəsi BÖYÜYÜR: Vensdən diqqətçəkən açıqlama
Icma.az bildirir, Bizim media portalına istinadən.
““Starlink” məsələsi İlon Maskdan daha çox Vaşinqtonun Ukrayna və Rusiya ilə bağlı siyasəti ilə əlaqəlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens hesab bildirib.
Onun sözlərinə görə, İlon Mask özəl şirkətə rəhbərlik edir və ABŞ hökuməti ona konkret göstəriş vermədiyi halda, iki dövlət arasındakı müharibəyə müdaxilə etmək istəməməsi başadüşüləndir.
“Düşünmürəm ki, məsələ İlonla bağlıdır. Əslində, söhbət Amerikanın Ukrayna və Rusiyaya münasibətdə hansı siyasət yürüdəcəyindən gedir”, – deyə Vens vurğulayıb.
Vitse-prezident qeyd edib ki, Avropa ölkələri demək olar ki, yekdilliklə SpaceX-ə qarşı tənzimləmə və lisenziyalaşdırma vasitəsilə mübarizə aparmaq qərarına gəliblər. İndi isə həmin ölkələr şirkətə müraciət edərək onlara lazım olanı etməsini xahiş edirlər.
Vensin fikrincə, bu vəziyyət ABŞ Prezidenti Donald Trampın illərdir səsləndirdiyi fikirlərdən birini təsdiqləyir: Avropa ölkələri Amerika texnologiyalarından, şirkətlərindən və ordusundan asılı olsalar da, öz müttəfiqlərini – ABŞ-ni tənqid etməyi sevirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Oktyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















