Icma.az
close
up
RU
Starmer: Britaniya atəşkəsdən sonra Fələstin dövlətini tanıya bilər

Starmer: Britaniya atəşkəsdən sonra Fələstin dövlətini tanıya bilər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniya Qəzza zolağında atəşkəs əldə edildikdən sonra Fələstin Dövlətini tanıya bilər.

Bizimyol.info xəbər verir  ki, bu barədə cümə günü Böyük Britaniyanın Baş naziri Keir Starmer "X"də yayımlanan videomüraciətində bildirib.

“Ən yaxın müttəfiqlərimizlə birlikdə müharibə nəticəsində əziyyət çəkənlərin həyatında fərq yaradacaq praktik həll yollarına diqqət yetirərək regiona sülh gətirmək üçün strategiya üzərində işləyirəm. Bu strategiya çox ehtiyac duyulan atəşkəsin davamlı sülhə çevrilməsi üçün lazım olan konkret addımları əhatə edəcək.

Fələstin dövlətinin tanınması bu addımlardan biri olmalıdır. Bu məsələdə mənim mövqeyim birmənalıdır”, - deyə Britaniya hökumətinin başçısı bildirib.

Eyni zamanda, Starmer əlavə edib ki, Fələstinin tanınması “son nəticədə Fələstin-İsrail münaqişəsinin iki dövlətin birgə yaşaması prinsipi və “fələstinlilər və israillilər üçün uzunmüddətli təhlükəsizlik” prinsipi əsasında həllinə gətirib çıxaracaq daha geniş planın bir hissəsi olmalıdır”.

Bundan əvvəl “Financial Times” yazıb ki, Starmer ABŞ prezidenti Donald Tramp administrasiyası ilə münasibətləri korlamamaq üçün Fələstini müstəqil dövlət kimi tanımağa tələsmək istəmir. Nəşrin məlumatına görə, Vaşinqton ABŞ-ın müttəfiqlərini Fələstini tanımamağa çağırır, çünki bu, Qəzza zolağında münaqişənin həllini çətinləşdirəcək.

Fələstin dövlətinin tanınması ilə bağlı məqam 2024-cü ilin iyulunda ümumi seçkilərdə qalib gələrək hakimiyyətə qayıdan Britaniya İşçi Partiyasının seçki proqramında yer alıb. Eyni zamanda, bunun nə vaxt baş verə biləcəyi barədə məlumat verilməyib. Starmer daha əvvəl bildirmişdi ki, London Fələstini “doğru zamanda” tanıyacaq.

İyulun 24-də Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında ölkənin Fələstin Dövlətini rəsmən tanıyacağını bəyan edib.

Qaqdir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 İyul 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri