Icma.az
close
up
RU
Starmer: İqtisadi planın tam icrası illər aparacaq

Starmer: İqtisadi planın tam icrası illər aparacaq

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, hökumətin iqtisadi strategiyasının tam reallaşması bir neçə il çəkəcək.

Bizimyol.info xəbər verir ki, o, bu fikri "The Guardian" üçün yazdığı məqalədə səsləndirib və son büdcə təqdimatından sonra yaranan siyasi müzakirələrə münasibət bildirib.

Starmer kansler Raçel Reevesin 26 milyard funt sterlinq dəyərində vergi artımları elan etməsini müdafiə edərək deyib ki, hökumətin qiymətləndirilməsi parlament müddətinin sonunda aparılmalıdır. Onun sözlərinə görə, hökumət “tez həll yolları deyil, uzunmüddətli plan” təklif edir.

Baş nazirin bu açıqlamaları müxalifətin vergi artımları ilə bağlı sərt tənqidlərinə cavab kimi qiymətləndirilir. Mühafizəkarlar Reevesi seçiciləri OBR-in (Büdcə Məsuliyyəti Ofisi) proqnozları ilə bağlı yanıltmaqda ittiham edir və onun istefasını tələb edirlər.

Starmer isə bu iddiaları rədd etməyə hazırlaşır. O, bazar ertəsi çıxışında deregulyasiya, sosial təminat sistemində islahatlar və Avropa ilə daha sıx iqtisadi əməkdaşlıq istiqamətində çoxillik planı təqdim edəcək.

Starmer çıxışında daha geniş infrastruktur layihələrinin inşasını asanlaşdıracaq derequlyasiya tədbirlərinin, həmçinin sosial təminat sahəsində yeni islahatların nəzərdən keçirildiyini vurğulayacaq.

Reevesin ikinci büdcəsi vergi artımları, gəlir vergisi və sosial sığorta hədlərinin dondurulması kimi addımlarla diqqət çəkib. Paket maliyyə bazarlarında müsbət qarşılanaraq dövlət borclanma xərclərinin bu ilin ən aşağı səviyyəsinə enməsinə səbəb olub. Labour deputatları isə iki uşaq müavinətinə qoyulan məhdudiyyətin ləğvini alqışlayıblar.

Lakin kansler vergi artımlarının əsas səbəbi barədə seçiciləri yanlış məlumatlandırmaqda ittiham olunur. OBR-in iqtisadi artım gözləntilərini azaldacağı ilə bağlı xəbərdarlıqlarına istinad edən Reeves sonradan proqnozların maaş artımı və vergi gəlirlərindəki yüksəliş hesabına balanslaşdığını öyrənib. Buna baxmayaraq, müxalifət onun vergi artımlarını OBR-in “çatışmazlığı” ilə əsaslandırmağa davam etdiyini bildirir.

Kemi Badenoç isə BBC-yə açıqlamasında kanslerin fövqəladə mətbuat konfransında “maliyyə vəziyyətinin çox pis olduğu” barədə yanlış təsəvvür yaratdığını iddia edib.

Reeves ittihamları rədd edib və büdcənin “ekonomikanın bərpası üçün zəruri addımlar” olduğunu bildirib.

"More in Common" təşkilatının sorğusuna əsasən, vergi artımlarına baxmayaraq, seçicilərin Reevesin işinə dair fikirləri demək olar ki, dəyişməyib. Büdcədən əvvəl seçicilərin 61%-i onun işi barədə mənfi fikir bildirirdisə, büdcədən sonra bu göstərici 60% olub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri