Starmer Trampa Avropa sülhməramlılarını Ukraynaya göndərmək planını təqdim edəcək
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gələn həftə Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa Ukraynaya 30 min avropalı sülhməramlı göndərilməsi planını təqdim edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Bildirilib ki, Starmerin Ağ Ev rəhbərinə Avropa hərbçilərinin atəşkəs razılaşmasına əməl olunmasını necə təmin edə biləcəkləri barədə ətraflı məlumat verəcəyi gözlənilir.
Eyni zamanda, Starmer Trampı Rusiyanın mümkün atəşkəsi pozmağa qərar verəcəyi təqdirdə, güclə cavab vermək üçün Şərqi Avropada Amerika qırıcılarını və raketlərini hazır vəziyyətdə saxlamağa çağıracaq.
Plana görə, Avropa ölkələrinin komandanlığı altında 30 min hərbçi Ukrayna şəhərlərində, limanlarında və cəbhə xəttindən uzaqda, nüvə elektrik stansiyaları kimi digər mühüm infrastruktur obyektlərində yerləşdiriləcək .
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















